“Mosulda qardaşlarımız var, kənar qalmağımız mümkün deyil” - Ərdoğan

“Mosulda qardaşlarımız var, kənar qalmağımız mümkün deyil” - Ərdoğan
14:09 17 Oktyabr 2016
50 Digər
Ölkə mətbuatı
A- A+

 “Türkiyəyə deyirlər ki, Mosula girmə. Necə girməyək? İraqla 350 km sərhədimiz var, heç İraqla əlaqəsi olmayanlar oradadır”.

 

APA-nın NTV telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada keçirilən Beynəlxalq Hüquq Konqresində çıxışında söyləyib.

 

R. T. Ərdoğan bildirib ki, Türkiyə Mosul əməliyyatında da, əməliyyatdan sonra masada da olacaq: “Çünki orada bizim üçün bir tarix var. Kimsə bizdən Başika düşərgəsini tərk etməyimizi gözləməsin. Məsələ terror təşkilatına qarşı mübarizədirsə, əvvəldən biz bu mübarizəni aparırıq. Mosullu qardaşlarımızı, o cümlədən peşmərgələri İŞİD-ə qarşı hazırlayan bizik. Əks halda, bu gün Mosul əməliyyatında İŞİD-ə qarşı uğurlu mübarizə aparacaq qüvvələr olmazdı. Terror təşkilatlarına bir vasitə kimi yanaşan və dəstək verənləri qınayıram. Terror təşkilatları bumeranq kimidir, gec-tez onlardan istifadə edənləri də vurur. Birgə əməkdaşlıq olmadan terrora qarşı səmərəli mübarizə aparmaq mümkün deyil”.

 

Türkiyə prezidenti bildirib ki, Türkiyə PKK-nı dəfələrlə məğlub edib, ancaq İraqdakı, Suriyadakı düşərgələrdə yetişdirilən yeni terrorçular Türkiyəyə göndərilir: “Bir çox ölkə PKK terror təşkilatına dəstək verir. PKK bir çox Avropa ölkəsində çadırlar qurur, milyonlarla vəsait toplayır. Strasburqda, Brüsseldə PKK-nın ofisləri var, rahatlıqla vəsait toplayırlar. Avropa İttifaqıPKK-nı terror təşkilatı kimi tanıyır, ancaq onlara şərait yaradır. Almaniyanın baş nazirinə “G-20” sammitində 4 min sənəd verdim. İstanbula gələndə soruşdum ki, o sənədlərin taleyi necə oldu. Dedi ki, sənədlərin sayı 4500-ə çatdı. Hüquq belə olarsa, terrora qalib gəlmək mümkün deyil. İŞİD bəhanə edilərək, Suriya və İraqda böyük faciələr törədilir. 6 ildə Suriyada 600 min insan həyatını itirib. “Fərat qalxanı” əməliyyatı çərçivəsində Cerablusun azad edilməsi göstərdi, qısa müddətdə özümüz bu problemi həll edə bilərik. Türkiyənin israrla Mosul əməliyyatından kənarda tutulması orada məzhəb savaşının qarşısını ala biləcəyimiz üçündür. Məzhəb savaşının qarşısını alacağı üçün Türkiyəni Mosul əməliyyatından kənarda saxlamağa çalışırlar. Biz sünni-şiə qarşıdurmasına yol verə bilmərik. Bizə deyirlər ki, sünni-şiə qarşıdurmasına yol verməyəcəyik. İraq ordusu əsasın kimlərdən təşkil olunub? Əsasən şiələrdən təşkil olunub. İraq ordusu da ora “Haşdi-Şabi” qrupunun yerləşməsinə səbəb olacaq. Bu da məzhəblərarası qarşıdurmaya səbəb olacaq”. 

 

R. T. Ərdoğan Suriyanın PKK qolu olan PYD-yə verilən silahların bir qisminin PKK tərəfindən Türkiyəyə qarşı istifadə edildiyini vurğulayıb: “Bu anlayışla terrorla mübarizə aparmaq mümkündürmü? Fətullahçı Terror Təşkilatının rəhbəri Fətullah Güləni istədik. ABŞ isə öz hüquq sistemini əsas gətirərək terror təşkilatının rəhbərini təhvil vermir. Bir ölkənin hüquq sistemi terrorçuların liderini qoruya bilərmi? “Əl-Qaidə” ABŞ-da terror aktı həyata keçirərkən ABŞ-ın hüquq sistemi yox idi? ABŞ Üsamə bin Ladeni Pakistanda hansı hüquqla vurdu? İraq və Əfqanıstanda necə əməliyyatlar həyata keçirdi? Əgər bu gün ABŞ belə davranarsa, sabah başqalarına deməyə bir sözü olmaz”.

 

R. T. Ərdoğan ABŞ-a xəbərdarlıq edib: “Münbiç əməliyyatında bizə söz verdiniz. PYD-YPG terror təşkilatının ora girməyəcəyini dediniz. Verdiyiniz sözü tutun. Oranın 95 faizi ərəbdir. Bu səhər mesajımız çatdırıldı. Əgər oranı PYD-YPG-dən azad etməsəniz, sizinlə ortaqlığımız bitər. Strateji ortağıq, amma bizimlə yox, terror təşkilatı ilə hərəkət edirsiniz”. 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Azərbaycan cüdoçuları Serbiyada 3 bürünc medal qazanıb

23 Sentyabr 2017 22:37

"Səbail" Gəncə komandasını belə yendi - VİDEO

23 Sentyabr 2017 22:37

ABŞ-ın döyüş təyyarələri Şimali Koreyaya çatdı

23 Sentyabr 2017 22:33

Paraşütlə insanların üzərinə düşdü - QƏZA

23 Sentyabr 2017 22:28

Salyanda baş vermiş yol qəzasında 4 nəfər xəsarət alıb

23 Sentyabr 2017 22:17

Üz quruluşu belə olan şəxslə evlənməyin

23 Sentyabr 2017 22:17

Türkiyə İraqda ordudan istifadəyə dair mandatı uzatdı

23 Sentyabr 2017 22:14

"Roma" Bakıya qələbə ilə gəlir

23 Sentyabr 2017 22:13

Futbol üzrə Azərbaycan Premyer Liqasında VI turun daha 2 oyunu keçirilib

23 Sentyabr 2017 22:07

Artur Rasi-zadənin həyat yoldaşı vəfat etdi

23 Sentyabr 2017 22:04

Hacıqabulda avtomobil piyadanı vurub

23 Sentyabr 2017 22:02

Qubada dəhşətli hadisə

23 Sentyabr 2017 22:01

Xudatda QƏTL: 54 yaşlı kişini daşla öldürdü

23 Sentyabr 2017 21:58

Meksikada zəlzələ qurbanlarının sayı 305 nəfərə çatıb

23 Sentyabr 2017 21:52

Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Nyu-Yorkda görüşü keçirilir

23 Sentyabr 2017 21:46

ABŞ-da silahlı insident

23 Sentyabr 2017 21:31

İngiltərə Premyer Liqası: "Çelsi" "Stok Siti"yə böyük hesabla qalib gəlib

23 Sentyabr 2017 21:27

Məmmədyarov-Nalbandyan görüşü başladı

23 Sentyabr 2017 21:24

KURYOZ: Mühafizəçi oyunu unutdu, telefonla danışa-danışa meydana girdi - VİDEO

23 Sentyabr 2017 21:23

Nyu-Yorkda Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü başlayıb

23 Sentyabr 2017 21:22

Bakıda 3 otaqlı evdə yanğın olub

23 Sentyabr 2017 21:20

Zəlzələ nəticəsində ölənlərin sayı 295-ə yüksəlib

23 Sentyabr 2017 21:08

BELƏSİ OLMAMIŞDI: 5 yaşlı uşaq maşını qaçırdı və qəza törətdi

23 Sentyabr 2017 21:03

59 yaşlı aşpaz 16 yaşlı qıza təcavüz etdi

23 Sentyabr 2017 20:52

Mətbuat Şurası mitinqdə monitorinq apardı

23 Sentyabr 2017 20:48

ABŞ-da iki polis zabiti güllələnib

23 Sentyabr 2017 20:47

DİQQƏT: bu qidalar kişilərdə sonsuzluğa səbəb olur

23 Sentyabr 2017 20:41

Daşla həmyerlisini öldürdü

23 Sentyabr 2017 20:39

DİN-in əməkdaşları mükafatlandırıldı

23 Sentyabr 2017 20:33

"Qarabağ"ın rəqibi futbol üzrə İtaliya A Seriyasının VI tur matçında qələbə qazanıb

23 Sentyabr 2017 20:32

"Səbail" "Kəpəz"i məğlub etdi

23 Sentyabr 2017 20:28

Türkiyədə derbi ərəfəsində 30 azarkeş həbs olundu

23 Sentyabr 2017 20:18

Samir Əliyev: "Rumıniyalı hücumçu transfer etdik"

23 Sentyabr 2017 20:17

"Mitinqdə KİV nümayəndələrinin hərəkətlərinə və vəzifələrini icrasına maneə olmayıb"

23 Sentyabr 2017 20:17

Voleybolçu qadınlar arasında Avropa çempionatı: Çexiya - Belçika 3:1

23 Sentyabr 2017 20:12

MŞ mitinqdə monitorinq aparıb

23 Sentyabr 2017 20:09

Prezidentdən “dördgünlük müharibə” XƏBƏRDARLIĞI, İrəvandan YALVARIŞ... - HƏFTƏNİN SİYASİ XÜLASƏSİ

23 Sentyabr 2017 20:03

Şəmkirdə yanğın olub

23 Sentyabr 2017 20:01

Şahin Diniyev: "Gərək oyun olsun ki, futboldan danışasan"

23 Sentyabr 2017 19:57

Premyer Liqada ikinci qələbə sevinci

23 Sentyabr 2017 19:48

Poker ustasının dəbdəbəli malikanəsi: gözəl qızlar, silahlar...

23 Sentyabr 2017 19:48

Mətbuat Şurası: "Mitinqdə KİV nümayəndələrinin hərəkətlərinə və vəzifələrini icra etmələrinə maneə olmayıb"

23 Sentyabr 2017 19:47

Qaxda mikroavtobus yandı

23 Sentyabr 2017 19:33

"Səbail" Azərbaycan Premyer Liqasında ikinci qələbəsini qazanıb

23 Sentyabr 2017 19:32

BŞBPİ "Milli Şura"nın mitinqi ilə bağlı

23 Sentyabr 2017 19:32

Çexiyada paraşütlə tullanan desantçı insanların üzərinə düşüb

23 Sentyabr 2017 19:27

"Qarabağ"ın rəqibindən inamlı qələbə

23 Sentyabr 2017 19:26

“Xristian dövləti”nin lideri həbs olundu - FOTO

23 Sentyabr 2017 19:23

“Mitinq Ermənistan rəhbərliyinin sifarişi ilə keçirilib”

23 Sentyabr 2017 19:12

İŞİD bayrağından daha yaxşı bayraq və Əli Kərimlidən SÖYÜŞ QONAQLIĞI

23 Sentyabr 2017 19:03