Məktəbə “boş vaxt”, siyasətçiyə “idiot” deyən xalq

Məktəbə “boş vaxt”, siyasətçiyə “idiot” deyən xalq
14:18 17 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Antik Yunanıstan Balkan yarımadasının cənub hissəsində, Egey dənizi sahillərində, e.ə. 756-146-cı illər (Roma işğalı) arasında yunanların hökm sürdükləri bölgənin adıdır.

Yunan mədəniyyəti və sivilizasiyasının Avropanın bir çox yerində izlər buraxmış Roma İmperatorluğu üzərində çox böyük təsiri var. 14 və 16-cı əsrlərdə Avropanı təsiri altına alan intibah hərəkətinin və Neoklassik canlanmada Antik Yunan mədəniyyətinin izləri görülür.

Publika.az antik yunan mədəniyyəti haqqında olduqca maraqlı və çox az bilinən məlumatları təqdim edir:

E.ə. 5-4-cü yüzilliklərdə formalaşan klassik yunan mədəniyyətinin, Roma İmperatorluğu üzərində olduqca güclü təsiri var idi və bu, müasir Qərb mədəniyyətinin təməlinin atılmasını təmin etdi.

Dünyada ilk demokratiya antik yunan demokratiyası idi və 185 il davam etmişdi. Köhnə Afina əhalisinin 40%-80%-i kölə idi.

İqtisadiyyatın yüksək həddə çatdığı Antik Yunanıstan dünyanın ən inkişaf etmiş iqtisadiyyatına sahib idi.

Antik yunanlar çılpaq məşq edirdilər. “Geyim” sözü də yunanlardan götürülmə sözdür.

O dövrdə Afinada yaşayan oğlan uşaqları 7 yaşından etibarən məktəbə, Spartada yaşayan oğlanlar isə qışlaqlara yollanırdı.

Varlı ailələr oğlan uşaqlarına xüsusi müəllim tutsalar da, çox ailədə bu pedofil ilə sonlanırdı.

Məktəb sözünün mənası köhnə yunancada “boş vaxt” anlamına gəlir.

“İdiot” sözü isə siyasətçi olmayanlara deyilirmiş.

Pifaqor, Evelix, Arximed kimi yunan riyaziyyatçıların kəşfləri hələ də riyaziyyat fənnində istifadə edilməkdədir.

Qədim Yunanıstanda birinə alma atmaq ona olan eşqinizi elan etmək idi.

Dinozavr sözü də köhnə yunancadan gəlir və “qorxunc kərtənkələ” mənasını verir.

Antik Yunanlar və Romanlar duzla kölə satın alırdılar. Duzun olduqca böyük əhəmiyyəti var idi. “Salary” (maaş) sözü belə latıncada “tam” (duz) sözündən götürülüb. Çünki Roma legionlarına bəzən duz ödəyirdilər. İşlərini yaxşı görən əsgərlərin “duzları qədər qiymətli” olduqlarını söyləyirdilər.

Günəşin kainatın mərkəzində və planetlərin onun orbitində dönməsi nəzəriyyəsi ilk dəfə köhnə yunan alimi Sisamlı Aristarkus tərəfindən eradan əvvəl 3-cü əsrdə ortaya atılıb.

Antik romalılar duşu çox sevən insanlar idi. Gündə bir dəfə hamama getmək kimi vərdişləri var idi.

Musiqi sözü Yunan mifologiyasında sənət tanrısı olan “Muse”dan gəlir.

Spartalı kişilərin 30 yaşına gəlib aktiv əsgərlik xidmətlərini buraxana qədər ailələriylə yaşamalarına icazə verilmirdi.

Dilrubə Vaqifzadə













Xəbərin orijinal ünvanı: http://publika.az/news/maraqli/172461.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR