Şöbə müdiri: "Bir ədəd zəhərli göbələk bütün ailə üzvlərinin zəhərlənməsinə səbəb ola bilər"

Şöbə müdiri: "Bir ədəd zəhərli göbələk bütün ailə üzvlərinin zəhərlənməsinə səbəb ola bilər"
14:32 17 Oktyabr 2016
39 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 17 oktyabr. REPORT.AZ/ "Yabanı göbələklərin toplanıb yeyilməsi insanın ölümlə üz-üzə qalması deməkdir".
Bunu "Report"a Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin Qidalanma gigiyenası şöbəsinin müdiri İmran Abdullayev deyib.
Onun sözlərinə görə, yağışlı havalardan sonra göbələklər daha da artdığından ondan istifadə də çoxalır: "Göbələkləri yaxşı tanıdığını deyən insanlar da onu yığarkən yanlışlığa yol verə bilər. Bir ədəd zəhərli göbəliyin qazanda digər göbələklərlə birgə bişirilməsi bütün ailə üzvlərinin zəhərlənməsinə səbəb ola bilər".
Şöbə müdiri deyib ki, toplanan göbələk həmin gün istifadə olunmalıdır: "Göbələyi yaxşı qablaşdırılmış şəkildə sadəcə soyuducuda bir-iki gün saxlamaq olar. Yolların kənarında açıq şəkildə satılan, nə zaman toplandığı bilinməyən göbələkləri istifadə etmək təhlükəlidir. Bundan başqa, göbələklərdən müxtəlif marinadlar hazırlaynda da sterilliyə yüksək səviyyədə əməl etmək mütləqdir".
İ.Abdullayev vurğulayıb ki, ötən il göbələkdən zəhərlənmə nəticəsində dünyasını dəyişənlər olub: "Ancaq bu ilə belə bir fakt qeydə alınmayıb. Sadəcə, bu il Zaqatalada göbələkdən baş verən bir zəhərlənmə hadisəsi nəticəsində 3-4 nəfər zərər çəkib". 

Xəbərin orijinal ünvanı: http://report.az/sehiyye/sobe-mudiri-bir-eded-zeherli-gobelek-butun-aile-uzvlerinin-zeherlenmesine-sebeb-ola-biler

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR