Zaurun Təhminəsindən ŞOK AÇIQLAMA: "Bakıda avtomobilimi güllələdilər" - VİDEO

Zaurun Təhminəsindən ŞOK AÇIQLAMA: "Bakıda avtomobilimi güllələdilər" - VİDEO
14:33 17 Oktyabr 2016
84 Şou
Ölkə mətbuatı
A- A+

"Təhminə" rolu ilə tanınan aktrisa Meral Konrat ARB TV-nin "Türk şou-maqazin" verilişinə maraqlı açıqlamalar verib.

Türkiyəli aktrisa "Təhminə" filminin çəkilişi zamanı yaşadığı təhlükəli anlardan danışıb:

"Təhminə" filminin çəkilişindən sonra Azərbaycana çox gedə bilmədim. Çəkilişdən 9 il sonra yenidən qayıdanda gözlərimə inana bilmədim. Çox dəyişib, inkişaf etmişdi. Yerlə-göy qədər fərq var idi Bakıda. Çox xoşuma gəldi. Mən ilk dəfə Bakıya gələndə müstəqilliyinizi təzə qazanmışdınız. Çətin zamanlar idi və mən də çox çətinlik çəkdim. Mənə dedilər ki, Azərbaycana getmə, ora təhlükəlidir. Sizin müharibə şəraitində olmanız hər kəsi qorxudurdu. Hətta bir neçə dəfə maşınım güllələndi. Amma hər şeyə baxmayaraq çox xoşbəxtəm ki, o filmə çəkildim".


Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin1/172462.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR