“Səddam 14-15 il əvvəl...” – Ərdoğan ABŞ-ın planını ifşa etdi

“Səddam 14-15 il əvvəl...” – Ərdoğan ABŞ-ın planını ifşa etdi
14:43 17 Oktyabr 2016
271 Dünya
Ölkə mətbuatı
A- A+

“Türkiyənin olmadığı bir əməliyyatda yarana biləcək nəticələrə görə biz məsuliyyət daşımırıq. Əməliyyatda da, masada da olacağıq”.

Publika.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Hazırda Mosulda əməliyyatlar davam edir. “Türkiyə Mosula girməsin” deyirlər. Necə girməyim? İraqla 350 kilometrlik sərhədim var və mən bu sərhəddən təhdid altındayam. Ümumiyyətlə, əlaqəsi olmayanlar Mosula girir. Deyirlər ki, onlara Bağdad “gəl” deyib. “Gəl” demədikləri zaman İraqa gələnlərə niyə “xeyr” demədiniz? 14 il əvvəl, 15 il əvvəl Səddam bunlara “gəl” dedimi? Amma girdilər. Milyondan çox insan öldü”, - prezident Beynəlxalq İstanbul Hüquq Konqresində çıxışında bildirib.

Rəcəb Tayyib Ərdoğan Türkiyə Baş qərargah rəisi Hulusi Akarın hazırda ABŞ-da olduğunu və bu məsələnin müzakirə edildiyini bildirib. O, Türkiyənin Mosul əməliyyatından kənarda qalmağının mümkün olmadığını deyib: “Çünki burada bizim üçün bir tarix yatır. Bizi Mosul əməliyyatından kənarda saxlamaq orada İŞİD bəhanəsi ilə məzhəb qarşıdurması yaratmaq üçündür. Biz sünni-şiə qarşıdurmasına razı ola bilmərik”.

Türkiyə prezidenti türk əsgərinin də Başikadan çıxmayacağını deyib.

Ömər Dağlı

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR