Səudiyyə Ərəbistanının kralı Azərbaycan Prezidentinə təbrik məktubu göndərib

Səudiyyə Ərəbistanının kralı Azərbaycan Prezidentinə təbrik məktubu göndərib
15:02 17 Oktyabr 2016
35 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 17 oktyabr. REPORT.AZ/ İki Müqəddəs Məscidin Xadimi, Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdüləziz Al Səud Azərbaycan Prezidenti lham Əliyevə təbrik məktubu göndərib. 
"Report" xəbər verir ki, məktubda deyilir: 
"Zati-aliləri cənab İlham Əliyevə
Əs-səlami əleykum və rəhmətullahi və bərəkatuhu.
Ölkənizin Dövlət Müstəqilliyi Günü münasibətilə Səudiyyə Ərəbistanı Krallığının xalqı və hökuməti adından, şəxsən öz adımdan Zati-alinizə ən səmimi təbriklərimizi çatdırırıq. Sizə cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan Respublikasının hökuməti və xalqına inkişaf və çiçəklənmə arzu edirik.
Zati-alinizə hörmət və ehtiramla".

Xəbərin orijinal ünvanı: http://report.az/xarici-siyaset/seudiyye-erebistaninin-krali-azerbaycan-prezidentine-tebrik-mektubu-gonderib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR