Bakıda ciddi qaz təchizatı problemi yaşanır - SİYAHI

Bakıda ciddi qaz təchizatı problemi yaşanır - SİYAHI
15:04 17 Oktyabr 2016
69 Digər
Ölkə mətbuatı
A- A+

 

Havaların soyuq keçməsi ölkə ərazisində kommunal xidmətlərlə bağlı ciddi problem yaradıb. Qaz təchizatında yaşanan ciddi problem isə daha çox gündəmə gəlib.

Lent.az-a daxil olan şikayətlərə görə, Ayna Sultanova küçəsi, H.Əliyev (İnqilab) küçəsi, Təbriz küçəsi, Sabunçu qəsəbəsi Elşən Mehdiyev küçəsi, Masazır rayonu Rafiq Dünyamalıyev küçəsi,  Biləcəri qəsəbəsi, Bakı şəhər 7-8-ci mikrorayon ərazilərində, 4-cü mikrorayon ərazisində, Ramana qəsəbəsi Aşurbəyovlar küçəsi, Yasamal rayonu, Abşeron rayon Höküməli qəsəbəsi, Günəşli rayonu ərazisində yerləşən yaşayış massivlərində ciddi qaz təchizatı problemi yaşanır.

 

Biləcəri qəsəbəsində sakinlər qazla yanaşı, su qıtlığı da çəkir.

 

Xətai rayonu Zığ yolu üzərindəki yaşayış massivlərində qazın təzyiqi aşağıdır. Bakı şəhər 7-8-ci mikrorayon ərazisində yaşayan sakinlərin dediklərinə görə, artıq üç gündür ki həmin ərazidə yaşayış evlərində qaz gəlmir. Bundan başqa, "Vorovski" qəsəbəsində artıq neçə gündür qazın təzyiqi çox azdır.

 

Xəzər rayonu Binə qəsəbəsinə isə 1 həftədir qaz gəlmir. Saray qəsəbəsində də eyni zamanda həm su, həm də qaz problemi var.

Xırdalan sakinlərin dediyinə görə, həmişə qış gələn kimi qaz yoxa çıxır. Hazırda isə Xırdalan sakinləri həm su, həm işıq həm də qaz problemi yaşayır. Nizami rayon Keşlə qəsəbəsində qaz demək olar, yox dərəcəsindədir.

Maştağa qəsəbəsi, Yasamal rayonu, Binəqədi qəsəbəsi, Yeni Yasamal, Xalqlar Dostluğu sakinləri də qazın gəlməməsi, təzyiqinin az olması ilə bağlı şikayət edirlər.

Sakinlər işıq və qazsız ciddi problem yaşadıqlarını və qaz olmadan evləri isitməyin mümkün olmadığını deyirlər.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/256787

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR