Azərbaycanda daha 73 dövlət əmlakı özəlləşdirməyə çıxarılıb

Azərbaycanda daha 73 dövlət əmlakı özəlləşdirməyə çıxarılıb
15:12 17 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 17 oktyabr. REPORT.AZ/ Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) 73 dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı noyabrın 8-də hərrac keçirəcək. Komitədən "Report"a verilən məlumatya görə, bunlardan 25-i səhmdar cəmiyyəti, 43-ü kiçik dövlət əmlakı, 5-i isə nəqliyyat vasitəsidir.
Səhmdar cəmiyyətlər pambıqçılıq, quşçuluq, kəndkimya, nəqliyyat, inşaat, təmir, ticarət, istehsal, emal və sair sahələrə aid müəssisələrdir. Bunların arasında “İmişli Pambıq”, “Neftçala Pambıq”, “Sabirabad İnşaat Sənaye”, “Gəncə Sənaye Tikinti”, “Bərdə Mexaniki Təmir”, “Kürdəmir Quşçuluq”, “Oğuz Kəndkimya”, “Tərtər Konserv” və digər bu kimi müəssisələr varer.
Kiçik dövlət əmlaklarının isə 13-ü kiçik dövlət müəssisə və obyekti, 30-u Bakı şəhərinin ayrı-ayrı rayonlarında yerləşən və kiçik biznes üçün əlverişli ola biləcək qeyri-yaşayış sahələridir. Bunlar arasında ölşüsü 10 kv. metrdən 1 700 kv. metrə qədər obyektlər var. Bəzi dövlət əmlakları torpaq sahəsi ilə birgə hərraca çıxarılıb və bu zaman tikili və torpaq sahəsi ayrı ayrılıqda qiymətləndirilib. Hərrac elanında isə həm torpaq sahəsinin, həm də tikilinin və eləcə də hər ikisinin hərraca çıxarılan ümumi ilkin satış qiyməti göstərilib. Hərrac qiymətləri 3 min manatdan 2,7 mln. manata qədərdir. Torpaq sahəsi ilə birgə hərraca çıxarılan 6 dövlət əmlakı Bakının Nəsimi, Binəqədi, Nizami, Sabunçu, Xəzər rayonu və Sumqayıt şəhərində yerləşir. Hərracda ən yüksək qiyməti olan dövlət əmlakı Bakının Nizami rayonunda yerləşən və torpaq sahəsi ilə birgə özəlləşdirməyə çıxarılmış Təsərrüfat hesablı Təmir-tikinti sahəsidir. Belə ki, torpaq sahəsi 7 869,1 kv.m və ümumi faydalı sahəsi 958,1 kv.m olan dövlət əmlakının ilkin satış qiyməti 2 658 500 manatdır. Start qiyməti yüksək olan digər dövlət əmlakları paytaxtın Sabunçu rayonunda yerləşən Maşın Meliorasiya Stansiyası və Suraxanı rayonunda yerləşən 42 saylı mağazadır. Bu əmlaklar müvafiq olaraq 750 min və 800 min manat ilkin satış qiyməti olmaqla hərraca çıxarılıb. Ən aşağı start qiymətinə (3 min manat) malik dövlət əmlakı isə Bakının Nərimanov rayonunda yerləşən və qeyri-yaşayış sahəsidir.
Xatırladaq ki, növbəti hərrac oktyabrın 25-də keçiriləcək. Hərraca ümumilikdə 84 dövlət əmlakı özəlləşməyə çıxarılıb. Bunlardan 26-sı səhmdar cəmiyyəti, 36-sı kiçik dövlət müəssisə və obyekti, 22-si isə nəqliyyat vasitəsidir. 

Xəbərin orijinal ünvanı: http://report.az/biznes/azerbaycanda-daha-73-dovlet-emlaki-ozellesdirmeye-cixarilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR