İlham Əliyevi təbrik edirlər

İlham Əliyevi təbrik edirlər
15:13 17 Oktyabr 2016
57 Ölkə
Ölkə mətbuatı
A- A+

Səudiyyə Ərəbistanı Krallığı vəliəhdinin varisi, Baş nazirin ikinci müavini, müdafiə naziri Məhəmməd bin Salman bin Əbdüləziz Al Səud Prezident İlham Əliyevi təbrik edib.

Təbrikdə deyilir:

"Ölkənizin Dövlət Müstəqilliyi Günü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimi çatdırmaqdan xoşbəxtlik duyuram. Sizə cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan Respublikasının hökumətinə və xalqına daha böyük inkişaf və çiçəklənmə arzu edirəm".

***

Türkmənistanın Prezidenti Qurbanqulu Berdiməhəmmədov Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib.

Təbrikdə deyilir:

"Hörmətli İlham Heydər oğlu.

Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25 illiyi münasibətilə Sizə və Sizin şəxsinizdə bütün dost Azərbaycan xalqına Türkmənistan xalqı və hökuməti adından, şəxsən öz adımdan səmimi təbriklərimi və ən xoş arzularımı yetirməyi özümə şərəf sayıram.

Müstəqillik illərində Sizin ölkənizin siyasi, iqtisadi və sosial sahələrdə qazandığı uğurları, habelə ölkələrimiz arasında yaranmış hərtərəfli münasibətlərin yüksək inkişaf səviyyəsini qeyd etməkdən fərəh duyuram. Əminəm ki, dövlətlərarası dialoqun daha da genişləndirilməsinə və dərinləşdirilməsinə Türkmənistanın və Azərbaycanın daim sadiq olması xalqlarımızın mənafelərinə uyğundur.

Hörmətli İlham Heydər oğlu, bu xoş fürsətdən istifadə edərək, Sizə səmimi qəlbdən möhkəm cansağlığı, tükənməz həyat enerjisi və xoşbəxtlik arzu edirəm. Xahiş edirəm, dost Azərbaycan xalqına mənim ürəkdən gələn sülh, tərəqqi və firavanlıq arzularımı çatdırasınız".


Xəbərin orijinal ünvanı: http://publika.az/news/resmixronika/172469.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR