7 maddənin narkotik vasitə kimi qadağan olunmasına dair TƏKLİF

7 maddənin narkotik vasitə kimi qadağan olunmasına dair TƏKLİF
15:24 17 Oktyabr 2016
61 Digər
Ölkə mətbuatı
A- A+

Dövlət Gömrük Komitəsi Azərbaycanda 7  maddənin narkoltik vasitə, pstxotrop maddə kimi qadağan edilməsi, məhdudlaşdırılması barədə təkliflə çıxış edib. 

 

APA-nın məlumatına görə, Dövlət Gömrük Komitəsi asetil-fentanil, MT-45, para-metoksimetil-amfetamin (PMMA), a-pirrolidinovalero-fenon (a-PVP), para-metil-4-metilaminoreks (4,4-DMAR), metoksetamin (MXE) və fenazepam adlı maddələrin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin siyahıları”na daxil edilməsi barədə təkliflə çıxış edib.

 

Dövlət Gömrük Komitəsi bu maddələrin qeyd olunan siyahılara əlavə olunması üzrə prosedurların davam etdirildiyini açıqlayıb. Məqsəd narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinin qarşısının alınması üzrə mövcud qanunvericiliyin təkmilləşdirilməsidir. Həmin maddələrin 17-22 mart 2016-cı il tarixlərində Avstriyanın paytaxtı Vyana şəhərində keçirilən BMT-nin İqtisadi və Sosial Şurasının Narkotik Vasitələr üzrə Komissiyasının 59-cu sessiyasında narkotiklərə nəzarət üzrə müvafiq beynəlxalq konvensiyalarla təsdiq olunmuş siyahılara daxil edilməsi qərara alınıb.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/256792

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR