"Mənim mahnılarımla əlləri çörəyə çatır" - Murad Arif

"Mənim mahnılarımla əlləri çörəyə çatır" -  Murad Arif
15:26 17 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

ARB TV-nin "Gəlin danışaq" verilişinin qonağı olan müğənni-bəstəkar Murad Arif müğənniliyə keçməsinin səbəbini açıqlayıb.

Axşam.az-ın məlumatına görə, sənətçi bildirib ki, oxumağa başlayandan istirahətə az vaxt ayırır:

"Bu yay istirahət edə bilmədim. Çünki müğənniliyə başlamışam. Yazdıqlarımı özüm oxuyuram. Müğənnilərə verdiyim mahnıların maraqla qarşılandığını görəndə qısqanclıq hissi keçirirdim. Mahnımı kiməsə verib onu məşhurlaşdırmaqdansa, özüm oxuyaram. Xeyir ola, müəllif mənəm, amma mahnılarımla əlləri çörəyə çatan bunlardı. Hansısa aparıcının yadına düşsəm, adımı çəkə, ya çəkməyə. Fikirləşdim ki, bu mahnıların gücü var və bu gücdən özüm yararlanım. İlk dəfə oxuyanda yaxşı reaksiya gördüm və davam etməyə başladım".

M.Arif aparıcıların müğənnilik etmələrini normal saymadığını bildirib:

"Aparıcının oxumasına normal yanaşmıram. Mən aparıcı kimi yox, mahnı müəllifi kimi oxudum. Bir bəstəkarın oxumasının ikiəlli tərəfdarıyam".

Müğənni həyat yoldaşına həsr etdiyi mahnılardan bəhs edib:

"Dondurma" mahnısından başqa bütün mahnılarımı həyat yoldaşıma həsr etmişəm. Sevgidən ilhamlanıram. Bir mahnını özününküləşdirmədən oxumaq çətindir".

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR