İntihar edən 84 yaşlı qadın Ramiz Rövşənin qohumudur

İntihar edən 84 yaşlı qadın Ramiz Rövşənin qohumudur
15:32 17 Oktyabr 2016
104 Ölkə
Ölkə mətbuatı
A- A+

İnterpress.az ötən günlərdə baş vermiş bədbəxt hadisə ilə bağlı yeni faktlar əldə edib. Xətai rayonu, Əhmədli qəsəbəsində yaşayan Qubadlı köçkünü 84 yaşlı Süsən Ağaqulu qızı Kazımova və onun əri, 85 yaşlı Xasay Bəşir oğlu Kərimov arasında kiçik mübahisə yaşanıb. Mübahisədən sonra evdən çıxan Xasay Bəşir oğlu Kərimov bir müddət sonra evə qayıdanda aravadını yerə yıxılmış vəziyyətdə halsız görür. 

Məlum olur ki, qadın sirkə turşusu içərək intihar edib. Hadisədən sonra Süsən Kazımova dərhal xəstəxanaya yerləşdirilir, lakin həyatını xilas etmək mümkün olmur. Hadisənin təsirinə düşən Xasay Bəşir oğlu Kazımov da çox sevdiyi xanımından sonra sirkə turşusu içərək intihara cəhd edir. Xosbəxtlikdən, Xasay Kazımovu hələlik ölümdən xilas etmək mümkün olur, lakin məlumata görə, hazırda xəstəxanada komadadır. 

Bu hadisə yenidən qayıtmağımız yeni detallar ortaya çıxması ilə bağlıdır.

Milli.Az sözügedən sayta istinadən bildirir ki, intihar edən Süsən Kazımova xalq şairi Ramiz Rövşənin qohumudur. 84 yaşlı Süsən Ağaqulu qızı Kazımovanın yas mərasimində iştirak edən qonşular və yaxınlar Ramiz Rövşəni mərasimdə görüblər və maraqlandıqları zaman Süsən Kazımovanın Ramiz Rövşənin xalası qızı olduğu ortaya çıxıb.

Xatırladaq ki, qonşuların verdiyi məlumata görə, intihar edən yaşlı cütlüyün böyük sevgisi hamıya məlum imiş və uzun illər hər kəs bu cütlüyün bir-birinə möhkəm sevgi ilə bağlı olmasından danışırmış. Məhz qadının intiharindan sonra kişinin də intihar etməsi böyük sevginin göstəricisi kimi qəbul edilir və hadisə şahidlərinin dediyinə görə, Xasay da intihara cəhd edərkən: "Mən sənsiz yaşaya bilmərəm", - deyərək sirkə turşusu içib

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/480366.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR