Azərbaycanın mükafatlandırma mərasimi dünyanın 8 ölkəsində

Azərbaycanın mükafatlandırma mərasimi dünyanın 8 ölkəsində
15:39 17 Oktyabr 2016
33 Digər
Ölkə mətbuatı
A- A+

4-cü Beynəlxalq "Number One" mükafatlandırma mərasimi bu il noyabrın 30-da  Kempinski Badamdar Otelde keçiriləcək. Bu barədə Lent.az-a layihənin Azərbaycan üzrə rəhbəri, teleaparıcı Tural Ozan məlumat verib. O bildirilib ki , bu il keçirilən mərasim həm Azərbaycan həm də, ingilis dilində keçiriləcək:  "Ən çox danışılan hər il layihədən əvvəl keçirilən qırmızı xalı mərasimidir. Xalı üzərində mükafat alacaq məşhur şəxslər fotoqraf və operatorlar önündə dəb nümayişi etdirəcəklər. Tədbirə dəvət olunacaq şəxslərdən xüsusi "Qızmızı Xalı" Dress Coduna əməl etmələri xahiş olunur. Əks halda tanınmış şəxslər dress kontrol tərəfindən mükafatlandırılmaya buraxılmayacaq. Mərasimi işıqlandırmaq üçün bütün telekanallar və kütləvi informasiya vasitələrinə bərabər şərait yaradılacaq".

 

Xatırladaq ki, bu ilki mərasimdə aparıcı qismində Tural Ozanla yanaşı teleaparıcı Aysel Nazimdə yer alacaq, Layihənin icraçı prodüseri Azad Mirzədir. “Number One” artıq dünyanın 8 ölkəsində sənət dünyası tərəfindən qəbul olunub həyata keçirilir.

 

Qeyd edək ki, mükafatlandırmanın informasiya dəstəyi Lent.az-dır. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/256796

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR