"Standard Insurance"in sədri işdən çıxıb

"Standard Insurance"in sədri işdən çıxıb
15:47 17 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 17 oktyabr. REPORT.AZ/ "Standard Insurance" ASC-nin İdarə Heyətinin (İH) sədri Aydın Rəhmanov işdən çıxıb.
"Report" xəbər verir ki, bu barədə şirkətin saytında məlumat verilib.
Bildirilib ki, onun yerinə hələlik təyinat olmayıb. Hazırda İH-nin sədri vəzifəsini müvəqqəti olaraq sədr müavini Kamran Bağırov icra edir.
Xatırladaq ki, "Standard Insurance" 2002-ci ildən fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 11 mln. manatdır. Səhmlər 100% "AB Standard" QSC-yə məxsusdur.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR