Qay "Qəbələ"yə gələcəkmi?

Qay "Qəbələ"yə gələcəkmi?
15:47 5 Yanvar 2015
218 İdman
Ölkə mətbuatı
A- A+

Ukraynanın "Çernomorets" klubunun futbolçusu Aleksey Qayın meneceri Vadim Şabli oyunçunun "Qəbələ"yə keçəcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
 
Milli.Az qol.az-a istinadən xəbər verir ki, Şabli 32 yaşlı futbolçunun hələlik hansı kluba keçəcəyinin məlum olmadığını deyib:
 
"Qayın harada oynayacağını hələ heç kəs bilmir. O, "Çernomorets"dəki vəziyyətlə əlaqədar digər kluba keçə bilər. Transfer pəncərəsi indi açılıb. Baxıb görəcəyik".
 
Qeyd edək ki, daha öncə A.Qayın "Qəbələ"nin transfer hədəfində olduğu və onun meneceri ilə birgə komandanın Türkiyədəki təlim-məşq toplanışına yollanacağı iddia olunurdu.
 
Xatırladaq ki, "Qəbələ" klubunu hazırda "Çernomorets"in sabiq baş məşqçisi Roman Qriqorçuk çalışdırır. Maliyyə problemləri səbəbindən bir sıra futbolçunun Ukrayna klubundan gedəcəyi gözlənilir. Qapıçı Dmitri Bezotosno Kiril Kovalçukun da komandadan ayrılmaq ehtimalının böyük olduğu bildirilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/317341.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR