"Lukoyl"ın vitse-prezidentinin oğluna HÖKM OXUNDU

"Lukoyl"ın vitse-prezidentinin oğluna HÖKM OXUNDU
15:54 17 Oktyabr 2016
88 Digər
Ölkə mətbuatı
A- A+

Moskva şəhər Qaqarin rayon məhkəməsində xarici markalı avtomobillə avtoxuliqanlıq edən şəxslərlə bağlı hökm oxunub.

 

APA-nın TASS-a istinadən verdiyi məlumata görə, “Lukoyl” şirkətinin vitse-prezidentinin oğlu Ruslan Şamsuarova və Uskov adlı digər şəxsə 300 saatlıq icbari iş kəsilib.

 

Avtomobili idarə edən Abduvahab Məcidov adlı digər şəxsin üzərindən isə bütün ittihamlar götürülüb. Şirkətinin vitse-prezidentinin oğluna məxsus  “Mercedes-Benz Gelandewagen” avtomobili isə həbsdən azad edilərək dövlət büdcəsinə təhvil verilib.

 

Daha əvvəl dövlət ittihamçısı hadisə iştirakçılarının hər birinə 2 il 7 ay azadlıqdan məhrum edilmə cəzası istəmişdi.

 

Xatırladaq ki, bu il mayın 22-də Yol-patrul xidməti əməkdaşları yol hərəkəti qaydalarını pozan “Mercedes-Benz Gelandewagen” markalı avtomobili saxlamağa çalışıblar. Sürücü yüksək sürətlə hərəkət edərək, piyada üçün nəzərdə tutulmuş ərazidən keçib və bütün bunları “Periscope”la birbaşa yayımlayıb. Onlar birbaşa yayımda polis əməkdaşlarının ünvanına təhqiramiz ifadələr də işlədiblər.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR