Bakı Ali Neft Məktəbində Fuad Poladov ilə görüş keçirilib

Bakı Ali Neft Məktəbində Fuad Poladov ilə görüş keçirilib
15:57 17 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 17 oktyabr. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə Bakı Ali Neft Məktəbində xalq artsiti Fuad Poladovla görüş keçirilib.
Fondun İnformasiya təminatı sektorundan "Report"a verilən məlumata görə, BANM-nin prorektoru, professor Ramiz Hümbətov Fuad Poladovun yaradıcılığı haqqında müfəssəl məlumat verib.
Sonra xalq artisti onu sevənlərlə baş-başa buraxılıb. Aktyor tələbələrin ünvanladıqları çoxsaylı sualları cavablandırıb. 
Tədbirdə xalq artistinin sənət taleyi ilə bağlı fikir mübadiləsi aparılıb, həm kinoda, həm də teatrda yaratdığı obrazların müzakirəsi olub. 
Tələbələr Fuad Poladovun sevdiyi şair Ramiz Rövşənin şeirlərini ifa ediblər.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR