Silahlı Qüvvələrin tank bölmələri döyüş vərdişlərini təkmilləşdirir

Silahlı Qüvvələrin tank bölmələri döyüş vərdişlərini təkmilləşdirir
15:59 17 Oktyabr 2016
21 Digər
Ölkə mətbuatı
A- A+

2016-cı il üçün hazırlıq planına əsasən Silahlı Qüvvələrin bütün tank bölmələrində məşqlər keçirilir. Lent.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, məşqlərin əsas məqsədi bölmələrin şəxsi heyətinin tankların düzənlik və relyefi çətin keçilən ərazidə sürülməsi, döyüş əməliyyatları zamanı idarə edilməsi üzrə vərdişlərinin təkmilləşdirilməsidir.

 

Məşqlər zamanı tank ekipajları zirehli texnikanın ərazidə təbii və süni maneələri dəf etməklə sürülməsi üzrə məşğələləri icra edir, müxtəlif manevrlər və atışlar həyata keçirirlər.



RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR