Yeni xəbər portalı yaradıldı

Yeni xəbər portalı yaradıldı
16:05 17 Oktyabr 2016
162 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gündən Azərbaycanda yeni xəbər portalı fəaliyyətə başlayır.

Milli.Az Trend-ə istinadən bildirir ki,"Bakı Post" adlı sayt yeni, modern informasiya resursu kimi istifadəyə verilib. Sayta bakipost.az və bakupost.az domenlərindən giriş mümkündür.

Sayt rəhbərliyinin mətbuat üçün yaydığı xülasədə deyilir:

""Bakı Post"un hədəfi ölkəmizin informasiya mühitində canlanma yaratmaq və məlumata daha tez çatmaqla cəmiyyətin operativ informasiya ehtiyacının ödənməsinə xidmət etməkdir. Demokratiya və plüralizm prinsiplərinə əsaslanan "Bakı Post" hər bir izləyicinin azad tribunasına çevriləcək. Bu sayt yalnız xəbər dərc etməklə kifayətlənməyəcək, təhlillər, rəylər, mütəxəssis fikirləri ilə baş verən hadisələrin əsl mahiyyətini açmağa çalışacaq.

İnanırıq ki, "Bakı Post" qısa müddət ərzində obyektiv xəbərlərin ünvanı, oxucuların etibar etdiyi, güvəndiyi bir portala çevriləcək. Ölkəmizə "Bakı Post"un pəncərəsindən baxın. Daha gerçək bir ölkə görmək üçün!"

Saytın rəhbəri Elçin Zahiroğludur.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/480401.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR