“BakuBus”dan daha bir YENİLİK

“BakuBus”dan daha bir YENİLİK
16:08 17 Oktyabr 2016
78 Ölkə
Ölkə mətbuatı
A- A+

Sərnişinlərin maarifləndirilməsi və sərnişindaşıma fəaliyyətini daha səmərəli təşkil etmək məqsədi ilə “BakuBus” avtobuslarının salonunda mütəmadi olaraq sərnişinlər üçün təhlükəsizlik və davranış qaydalarının səsləndirilməsinə başlayıb.

Bu haqda “BakuBus”ın mətbuat xidmətinin rəhbəri Mansur Piriyev məlumat verib.

O bildirib ki, gün ərzində “BakuBus” avtobuslarında səsləndiriləcək məlumatlarda paytaxt sakinləri və şəhərimizin qonaqları əsasən ictimai nəqliyyatdan təhlükəsiz istifadə qaydalarını dinləyəcəklər:

“Belə ki, ardıcıl olaraq təhlükəsiz şəkildə sərnişinlərin dayanacağa yaxınlaşması, avtobusa daxil olması, yolboyu avtobusun içərisində digər sərnişin və sürücülərlə münasibəti, avtobusda yolçuluq zamanı texniki təhlükəsizlik və nəzakət qaydaları sərnişinlərin diqqətinə davamlı çatdırılacaq.

Hesab edirəm ki, qanunvericilikdə nəzərdə tutulan müddəalara və beynəlxalq standartlara uyğun olaraq hazırlanmış təhlükəsizlik və davranış qaydalarını ictimai nəqliyyatdan istifadə edən hər kəsin bilməsi sərnişindaşıma fəaliyyətinin yüksək səviyyədə təşkil olunması üçün böyük əhəmiyyət daşıyacaq”.

Onun sözlərinə görə, sərnişinlər mənzil başına çatdıqdan sonra avtobusdan təhlükəsiz enib yolu necə keçmək və digər məlumatlarla tanış olacaqlar.

“Ümid edirik ki, mütəmadi şəkildə səsləndiriləcək bu qaydalar sərnişin - sürücü və sərnişinlərin bir-biri ilə münasibətlərinə öz müsbət töhfəsini verməklə yanaşı avtobusların salonuna yeni abu-hava gətirəcək və daha sivil mühitin formalaşmasına şərait yaradacaq. “BakuBus” sərnişindaşımada ən müasir standartların tətbiqini gələcəkdə də davam etdirəcək”. (modern.az)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/neqliyyat/172480.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR