Kalmık Teatrının qastrol səfəri yekunlaşdı - FOTO

Kalmık Teatrının qastrol səfəri yekunlaşdı - FOTO
16:12 17 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Rusiya Federasiyası Kalmık Milli Dram Teatrının növbəti qastrol səfəri başa çatıb.

Milli.Az xəbər verir ki, cari ilin oktyabr ayının 13-dən start götürən və üç gün davam edən qastrol səfəri çərçivəsində yaradıcı kollektiv Y.Şyutskinin "Три поросенка" ("Üç donuz balası") və B.Basanqovun "Təəccüb doğuran hadisə" əsəri əsasında V.Şuqrayeva və Ə.Əmirlinin səhnə üçün işlədikləri "Родные наши" ("Qohumlar") tamaşaları ilə çıxış edib.

Qastrol səfərinin son günü B.Basanqov adına Kalmık Milli Dram Teatrının bədii rəhbəri, RF-in və Kalmıkiyanın əməkdar incəsənət xadimi Boris Manciyevin teatrımızda hazırladığı "Qohumlar" tamaşası Dövlət Gənc Tamaşaçılar Teatrı və Kalmık Milli Dram Teatrının aktyorlarının ifasında göstərilib. Maraqlı eksperiment izləyicilər tərəfindən sürəkli alqışlarla qarşılanıb.
Tamaşadan sonra çıxış edən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru, Azərbaycan Respublikasının əməkdar artisti, Kalmıkiya Respublikasının əməkdar incəsənət xadimi Mübariz Həmidov, Dövlət Gənc Tamaşaçılar Teatrının baş rejissoru, Azərbaycan və Kalmıkiya Respublikalarının əməkdar incəsənət xadimi Bəhram Osmanov 5 ildən artıq davam edən yaradıcılıq münasibətlərinin yaranma tarixi, iki teatr arasındakı uğurlu yaradıcılıq müqaviləsi haqqında ətraflı danışaraq, nümayiş etdirilən tamaşalar və qastrol səfərinə görə Kalmık Teatrına öz təşəkkürlərini bildirdilər.

Kalmık Milli Dram Teatrının bədii rəhbəri, Rusiya Federasiyasının əməkdar incəsənət xadimi Boris Manciyev isə göstərilən isti münasibətə görə öz dərin minnətdarlığını bildirərək cari ilin noyabr ayında Elistada baş tutacaq "Qohumlar" tamaşasını səbirsizliklə gözlədiklərini vurğulayıb.

Gənc Tamaşaçılar Teatrına Kalmıkiyanın milli hədiyyələrini təqdim edən B.Manciyevə Dövlət Gənc Tamaşaçılar Teatrı adından xüsusi hədiyyələr təqdim olunub.

Məlumat üçün bildirək ki, noyabr ayının ilk ongünlüyündə Dövlət Gənc Tamaşaçılar Teatrı Kalmıkiyaya qastrol səfəri edəcək.

Milli.Az















Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/480338.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR