BŞTİ Azərbaycanın dövlət müstəqilliyinin 25-ci ildönümünə həsr olunmuş tədbir keçirib

BŞTİ Azərbaycanın dövlət müstəqilliyinin 25-ci ildönümünə həsr olunmuş tədbir keçirib
16:32 17 Oktyabr 2016
29 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 17 oktyabr. REPORT.AZ/ Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) təşkilatçılığı ilə Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünə həsr olunmuş “Azərbaycanın dövlət müstəqilliyi Azərbaycan xalqının milli sərvətidir” adlı tədbir keçirilib.
“Report”un xəbərinə görə, paytaxtdakı 1 nömrəli tam orta məktəbdə baş tutan tədbirdə İdarənin müdiri Məhəbbət Vəliyeva, qurumun əməkdaşalrı, təhsil müəssisələrinin rəhbərləri, incəsənət adamları iştirak ediblər.
Tədbir Azərbaycanın Dövlət himninin səsləndirilməsi ilə başlayıb.
M.Vəliyeva çıxış edərək son 25 ildə təhsil sahəsində həyata keçirilən islahatların nəticələrindən danışıb.
Tədbirdə paytaxtın məktəbdənkənar təhsil müəssisələri və ümumi təhsil məktəblərinin bədii özfəaliyyət kollektivlərinin ifasında Vətənə həsr olunmuş şeir və mahnılar səsləndirilib, rəqslər, ədəbi-bədii kompozisiyalar nümayiş etdirilib. 








Xəbərin orijinal ünvanı: http://report.az/elm-ve-tehsil/bsti-azerbaycanin-dovlet-musteqilliyinin-25-ci-ildonumune-hes-olunmus-tedbir-kecirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR