Azərbaycan Silahlı Qüvvələrinin tankları hərəkətə keçdi - FOTO

Azərbaycan Silahlı Qüvvələrinin tankları hərəkətə keçdi - FOTO
16:32 17 Oktyabr 2016
89 Ölkə
Ölkə mətbuatı
A- A+

2016-cı il üçün hazırlıq planına əsasən, Silahlı Qüvvələrin bütün tank bölmələrində məşqlər keçirilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, məşqlərin əsas məqsədi bölmələrin şəxsi heyətinin tankların düzənlik və relyefi çətin keçilən ərazidə sürülməsi, döyüş əməliyyatları zamanı idarə edilməsi üzrə vərdişlərinin təkmilləşdirilməsidir.

Məşqlər zamanı tank ekipajları zirehli texnikanın ərazidə təbii və süni maneələri dəf etməklə sürülməsi üzrə məşğələləri icra edir, müxtəlif manevrlər və atışlar həyata keçirirlər.

Milli.Az



RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR