Türkiyədən gedən kimi ayağı tutuldu - CADU

Türkiyədən gedən kimi ayağı tutuldu - CADU
16:53 17 Oktyabr 2016
46 İdman
Ölkə mətbuatı
A- A+

Futbolçular üçün klub dəyişmək asan olduğu qədər də risklidir. Bəzən şirin vədlərə aldanıb “isti yeri”ni trək edənlər heç də xoşbəxt olmurlar. Bəzən isə hansısa səbəblərdən sevildiyi komandanı atıb gedənlər də olur. Hazırda Bundesliqada top qovan Mario Qomes də belələrindəndir.

“Beşiktaş“ın ötən mövsüm Türkiyə çempionluğunu qazanmasında böyük xidməti olan alman hücumçu yayda vətəninə yollandı. Ədalət naminə deməliyik ki, onu daha yaxşı təklif, karyera, nəhəng klub arzusu yoldan çıxartmadı. Türkiyədə yaşanan hərbi çevriliş cəhdindən sonra Qomes qorxuya düşdü.

“Beşiktaş”dan Türkiyədəki siyasi vəziyyətə görə ayrılan Mario “Volfsburq”a yollandı. Ancaq burada ötənilki Qomesdən əsər-əlamət qalmadığı üzə çıxdı.

Publika.az xəbər verir ki, Bundesliqanın son turunda “Leypsiq”ə məğlub olan “Canavarlar” 6 oyundur qələbəyə həsrətdir. Elə Qomes də meydana çıxdığı 6 oyunda rəqib qapılarına yol tapa bilməyib. Sanki onun ayağı cadulanıb.

Pərviz Hikmət

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR