Bakının ən böyük prospektlərindən biri bağlandı - Tunellərə su dolub

Bakının ən böyük prospektlərindən biri bağlandı - Tunellərə su dolub
17:17 17 Oktyabr 2016
47 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakının ən böyük prospektlərindən biri nəqliyyatın hərəkəti üçün bağlanıb.

Milli.Az APA-ya istinadən bildirir ki, buna aramsız yağan yağışlar səbəb olub. Belə ki, yağışlar nəticəsində Ziya Bünyadov prospektində tunellər su ilə dolub. Bu səbəbdən də prospektin böyük bir hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.

Bakı Nəqliyyat Agentliyindən Z. Bünyadov prospektində nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulması xəbərini təsdiqləyiblər. Bildirilib ki, hava şəraiti ilə əlaqədar Z. Bünyadov prospektinin bir hissəsində nəqliyyatın hərəkəti müvəqqəti məhdudlaşdırılıb. Nəticədə prospektdə hər iki istiqamətdə sıxlıq müşahidə olunur. Hazırda aidiyyəti qurumlar nəqliyyatın hərəkətinin bərpa edilməsi istiqamətində zəruri tədbirlər görür.

Agentlikdən həmçinin bildirilib ki, həmin istiqamətdə hərəkət edən sürücülərdən alternativ yollardan istifadə etmələri xahiş olunur.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/480452.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR