Prezident İlham Əliyev: “Azərbaycan bütün dünyaya sübut edib ki, müstəqil həyatı uğurla yaşaya bilər”

Prezident İlham Əliyev: “Azərbaycan bütün dünyaya sübut edib ki, müstəqil həyatı uğurla yaşaya bilər”
17:22 17 Oktyabr 2016
36 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 17 oktyabr. REPORT.AZ/ “25 il böyük tarixdir. Biz artıq bütün dünyaya sübut etmişik ki, müstəqil həyatı uğurla yaşaya bilərik”. 
“Report” xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünə həsr olunan rəsmi qəbulda deyib.
Dövlət başçısı qeyd edib ki, gözəlləşən şəhərlər, abadlaşan regionlar və dünyanın ən gözəl şəhərlərindən biri olan Bakı şəhəri bunun əyani sübutudur: “Gələcəkdə biz bu yolla gedəcəyik, müstəqil siyasət aparacağıq. Xalqın iradəsi əsasında irəliyə gedəcəyik. Müstəqilliyimiz dönməzdir, əbədidir”.
Ölkə başçısı müstəqilliyin möhkəmlənməsində bütün Azərbaycan xalqına yeni uğurlar arzulayıb: “Yaşasın müstəqil Azərbyacan Respublikası!”. 

Xəbərin orijinal ünvanı: http://report.az/daxili-siyaset/azerbaycan-butun-dunyaya-subut-edib-ki-musteqil-heyati-ugurla-yasaya-bilerik

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR