Leysan yağışları İsmayıllıda yolları dağıdıb, 10-dan çox kəndlə əlaqə kəsilib - FOTO

Leysan yağışları İsmayıllıda yolları dağıdıb, 10-dan çox kəndlə əlaqə kəsilib - FOTO
17:47 17 Oktyabr 2016
81 Ölkə
Ölkə mətbuatı
A- A+

Oktyabrın 16-17-də İsmayıllı rayonu ərazisinə yağan güclü leysan yağışları ciddi fəsadlar törədib.

Milli.Az bildirir ki, rayon fövqəladə hallar komissiyasından AZƏRTAC-a deyiblər ki, intensiv yağan yağışlar Sulut, Mücü, Cəfələ çaylarında suyun səviyyəsini həddindən çox artırıb, nəticədə bir sıra kənd yolları dağılıb. Yolların dağılması və sürüşmə səbəbindən 10-dan çox kəndlə əlaqə kəsilib.

Qalacıq çayına gələn sel çayın kənarlarının yuyulmasına səbəb olub, nəticədə təhlükəli vəziyyət yaranıb.

Hazırda leysan yağışlarının vurduğu ziyanın aradan qaldırılması istiqamətində tədbirlər görülür.

Milli.Az




RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR