Azərbaycan əhalisinin kredit faizlərinə xərcləri azalıb

Azərbaycan əhalisinin kredit faizlərinə xərcləri azalıb
17:47 17 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 17 oktyabr. REPORT.AZ/ Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan əhalisi kredit faizlərinin ödənilməsinə 851,825 mln. manat sərf edib. "Report"un analitik qrupunun rəsmi statistik məlumatlar əsasında apardığı hesablamalara görə, bu, ölkə əhalisinin cəmi gəlirlərinin 2,6%-nə bərabərdir.
Beləliklə, əhalinin gəlirlərində kreditlər üzrə faizlərin ödənilməsinə sərf olunan vəsaitin xüsusi çəkisi azalıb. Həm də bu istiqamətdə sərf olunan vəsaitin həcmi illik müqayisədə 2,4% azalma olduğunu göstərir.
Qeyd edək ki, ötən ilin müvafiq dövründə ölkə əhalisi gəlirlərinin 2,9%-ni və ya 872,9 mln. manatını kreditlər üzrə faizlərə xərcləyib.

Xəbərin orijinal ünvanı: http://report.az/maliyye/azerbaycan-ehalisinin-kredit-faizlerine-xercleri-2-4-azalib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR