İxracda dövlətin payı yüksək olaraq qalır

İxracda dövlətin payı yüksək olaraq qalır
18:03 17 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bu ilin 9 ayında ticarət əməliyyatlarının həcmi 12 742 682.77 min dollar təşkil edib. Ticarət əməliyyatları keçən ilin müvafiq dövrünə nisbətən 22.64 % azalıb.

Publika.az Gömrük Komitəsinə istinadən xəbər verir ki, idxal əməliyyatları 6 201 463.08 min dollar həcmində olub. Dövlət sektoru tərəfindən 908 188.55, özəl sektor tərəfindən 4 942 941.69, fiziki şəxslər tərəfindən isə 350 332.84 dollar dəyərində idxal həyata keçirilib.

İxrac əməliyyatları üzrə 6 milyard 541 milyon 219.69 min dollar (keçən ilin müvafiq dövrünə nisbətən 33.81% azalıb) əməliyyat baş tutub. Bunun 5 167 043.97 dolları dövlət, 1 222 528.20 dolları özəl, 151 647.52 dolları fiziki şəxslər tərəfindən reallaşdırılıb.

9 aylıq saldo müsbət 339 milyon 756.61 min dollar təşkil edib.

Sentyabr ayında Azərbaycanın ixracı 751 milyon 960.18 min dollar, idxalı isə 671 milyon 790.46 min dollar, saldo isə 80 milyon 169.72 min dollar təşkil edib. Aylıq ticarət dövriyyəsi 1 milyard 423 milyon 750.64 min dollar olub.

İqtisadiyyat şöbəsi


Xəbərin orijinal ünvanı: http://publika.az/news/gundem/172498.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR