Azərbaycanda 51 üçəm doğulub

Azərbaycanda 51 üçəm doğulub
18:37 17 Oktyabr 2016
116 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu il Azərbaycanda 51 üçəm doğulub.

Milli.Az bildirir ki, bu barədə Trend Dövlət Statistika Komitəsinə istinadən məlumat verir.

Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin yanvar-avqust ayları ərzində ölkədə 106,5 min, yaxud hər gün orta hesabla 436 doğulan körpə qeydə alınıb və bu göstərici əhalinin hər 1000 nəfərinə 16,5 təşkil edib.

Doğulan körpələrin 53,4 faizi oğlan, 46,6 faizi isə qız uşaqlardan ibarət olub. Körpələrin 1872-sı əkiz, 51-i isə üçəm doğulub.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/480474.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR