Məşhur müğənni və bəstəkar kitab yazacaq

Məşhur müğənni və bəstəkar kitab yazacaq
19:03 17 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Elton Con avtobioqrafik kitab yazmağı qərara alıb. O, burda bütün dünyaya həyatla mübarizəsindən bəhs edəcək.

Publika.az xəbər verir ki, britaniyalı müğənni və bəstəkara musiqi tənqidçisi Aleksis Petridis kömək edir. Fanatlar səbirsizliklə kitabın çıxacağı günü gözləyirlər.

2019-cu ildə işıq üzü görəcək kitabda faciəvi hekayələrin çox olacağı fərz edilir. Belə ki, Con kitabda uzun müddət narkotik və içki düşgünlüyünü, onlarla mübarizəsini qələmə alacaq. Həmçinin başına gələn müxtəlif komik hadisələrdən yazacaq.

Layihənin bütün detallarını açmayan ser Elton, kitab üçün hələ ad tapmadığını da etiraf edib.

Mələk

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR