Qızları şərlənərək həbs olunan məşhur atalarını belə xatırladı - FOTO

Qızları şərlənərək həbs olunan məşhur atalarını belə xatırladı - FOTO
19:13 17 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Əməkdar artist Sevda Ələkbərzadə və Elmira Ələkbərzadənin atası, məşhur jurnalist Çingiz Ələkbərzadənın doğum günüdür.

Publika.az xəbər verir ki, sənətçi bacılar atalarının fotolarını sosial şəbəkədə paylaşıb və belə yazıb:

“Qəmli gözlü, gülər üzlü atam. 80 yaş... Sən tək deyilsən. Nur içində yat”.

Qeyd edək ki, xalq yazıçısı Əbülhəsənin oğlu Çingiz Ələkbərzadə uzun illər Dövlət Televiziyasının günün ekranı xəbərlər proqramında jurnalist kimi fəaliyyət göstərib. Durğunluq illərində onun tənqidi çıxışlarından qəzəblənən siyasi qüvvələr yazarı şərləyərək həbs etdiriblər.

Ç.Ələkbərzadə “Zindan mənim ahımdır”, “Çılpaqlı”, “Qumarbaz” və digər kitabları ilə məşhurdur.

Cəvahir

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR