Müğənnini Araz Ağalarov kimi təqdim etdilər - VİDEO

Müğənnini Araz Ağalarov kimi təqdim etdilər - VİDEO
20:27 17 Oktyabr 2016
126 Dünya
Ölkə mətbuatı
A- A+

Sosial şəbəkələrdə Demokratlar partiyasından ABŞ prezidentliyinə namizəd Hillari Klintonun nümayəndələri tərəfindən ona dəstək məqsədilə təşviqat xarakterli videoçarx yayılıb.

"Qafqazinfo" "Life.ru"ya istinadən xəbər verir ki, videoda keçmiş birinci ledinin əldə etdiyi uğurlar deyil, əksinə, rəqibi, Respublikaçılar partiyasından ABŞ prezidentliyinə namizəd Donald Trampın nöqsanlarından, onun Rusiya ilə əlaqələrindən bəhs olunur.

Qeyd olunur ki, Rusiya ilə Tramp arasında əlaqələr reallığa əsaslanır: "Və bu, narahatlıq üçün əsasdır".

Bu əlaqənin sübutu kimi videoda rusiyalı müğənni Lev Leşenko bir neçə saniyəlik görünüb. O, videoda Donald Trampın seçkiqabağı kampaniyasını maliyyə cəhətdən dəstəkləyən və Rusiyada yaşayan azərbaycanlı milyarder Araz Ağalarov kimi təqdim olunub.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/480501.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR