Türk müğənni İrem Derici bir məkandan çıxarkən jurnalistlərlə söhbətləşib və 5 il öncə başına gələn bir hadisəni danışıb.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ifaçı 5 il öncə brilyant üzük aldığını, lakin dostları ona lağ etdiyi üçün bir daha istifadə etmədiyini deyib:
"5 il idi, gizlətmişdim. Bu yaxınlarda bir tanışım yeni mahnı gətirmişdi. Adını soruşdum, "Tektaş" dedi. Həmin an üzüyüm yadıma düşdü. Gedib gizlətdiyim yerdən çıxartdım və satdım".
İrem üzüyün pulu ilə həmin mahnını aldığını deyib.
Milli.Az