Suda qalan sürücüləri soymağa başladılar - Dərnəgüldə ŞOK BİZNES (VİDEO)

Suda qalan sürücüləri soymağa başladılar - Dərnəgüldə ŞOK BİZNES (VİDEO)
20:58 17 Oktyabr 2016
796 Ölkə
Ölkə mətbuatı
A- A+

Sürücülərdən biri Bakıda evakuator sürücülərinin yağışlı havada yaranmış gölməçələrdən keçmək istəyən sürücülərdən 10 manat alması barədə məlumat və video paylaşıb.

Vaqif Hüseynov videoda bildirib ki, Dərnəgül yolunda gölməçələr yaranıb və kiçik minik avtomobilləri oradan keçə bilmir. Bir neçə evakuator sürücüsü isə həmin əraziyə gələrək yolda qalan sürücülərə "kömək" təklif edirlər. Onlar təxminən 20-30 metrlik gölməçəni keçirmək üçün hər sürücüdən 10 manat tələb edirlər.

Artıq Dərnəgül yolunda evakuator sürücülərinin biznesi genişlənməyə başlayıb.(baku.ws)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR