Axtarışda olan şəxs bıçaqlandı - Gəncədə

Axtarışda olan şəxs bıçaqlandı - Gəncədə
21:49 17 Oktyabr 2016
60 Digər
Ölkə mətbuatı
A- A+

Gəncədə axtarışda olan şəxs bıçaqlanıb.

 

APA-nın qərb bürosunun verdiyi məlumata görə, şəhər sakini 1989-cu il təvəllüdlü Röyal İsmayılov qarının kəsilmiş deşilmiş yarası xəsarəti ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib.

 

Dərhal əməliyyat edilən yaralının vəziyyəti orta ağır qiymətləndirilir. R. İsmayılovu polis əməkdaşları yaralı vəziyyətdə xəstəxanaya gətiriblər. Onun axtarışda olduğu və saxlanılan zaman özünə xəsarət yetirdiyi bildirilir.

 

Faktla bağlı araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/256834

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR