Azərbaycan filmləri beynəlxalq festivalda

Azərbaycan filmləri beynəlxalq festivalda
22:51 17 Oktyabr 2016
33 Şou
Ölkə mətbuatı
A- A+

“İçəri şəhər” və “Qırmızı bağ” bədii filmləri 35-ci Qahirə Beynəlxalq Film Festivalına (Cairo International Film Festival) dəvət alıb.

Axşam.az xəbər verir ki, filmlərimiz 15-24 noyabr tarixlərində Misirin paytaxtı Qahirə şəhərində keçiriləcək festivalın “Panorama” proqramında nümayiş etdiriləcək.

“İçəri şəhər” filminin ideya müəllifi Təhminə Rafaella, ssenari müəllifləri Təhminə Rafaella və İlqar Safat, quruluşçu operatoru Luka Koassin, quruluşçu rəssamı Bütünay Haqverdiyev, icraçı prodüseri Ülvi Qasımov, prodüseri Müşfiq Hətəmovdur.

Filmdə baş rolları Təhminə Rafaella, Firdovsi Atakişiyev, Mehriban Zəki, Elmira Şabanova və digərləri canlandırırlar.

“Qırmızı bağ” filminin ssenari müəllifi Mirbala Səlimli, quruluşçu operatoru Maksim Drozdov, quruluşçu rəssamı Leonid Karpov, bəstəkarı Salman Qəmbərov, icraçı prodüserləri Tofiq Musayev, Timur Cəfərov, Nazim Hüseynov, prodüserləri Müşfiq Hətəmov (Azərbaycanfilm) və Timur Vaynşteyndir (WeiT Media).

Filmdə baş rolları Maqsud Məmmədov, Gülzar Qurbanova, Taleh Bədiyev və digərləri canlandırırlar.

Qeyd edək ki, “Qırmızı bağ” filminin beynəlxalq premyerası 12-ci Avrasiya Beynəlxalq Film Festivalında keçirilib. Film Almaniyanın 65-ci Mannheym-Heidelberg Beynəlxalq Film Festivalının müsabiqə proqramına və Bakıda keçirilən 7-ci Avropa Film Festivalına dəvət alıb.


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=59435

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR