Yağış İsmayıllıda fəsadlar törətdi

Yağış İsmayıllıda fəsadlar törətdi
22:59 17 Oktyabr 2016
88 Digər
Ölkə mətbuatı
A- A+

Oktyabrın 16-17–də İsmayıllı rayonu ərazisinə yağan güclü leysan yağışları ciddi fəsadlar törədib.

 

APA-nın  yerli bürosunun xəbərinə görə, intensiv yağan yağışlar rayon ərazisindən keçən Sulut, Mücü, Cəfələ çaylarında suyun səviyyəsini həddindən çox artırıb, nəticədə bir sıra kənd yolları dağılıb.

 

Yolların dağılması və torpaq sürüşməsi səbəbindən rayonun İstisu, Əhən, Qoydan, Həftəsov kəndləri də daxil olmaqla, 10-dan çox yaşayış məntəqəsində yollar dağılıb, avtomobillərin hərəkəti çətinləşib. İstisu kəndində evlərdən 100 metr aralı ərazidə dağın yamacında ümumilikdə 5 hektar ərazidə torpaq sürüşməsi baş verib. Hazırda dağlıq ərazidən böyük torpaq kütləsi tədricən sürüşərək həmin ərazidə olan fərdi yaşayış evlərinə doğru hərəkət edir.

 

Ərazidə leysan yağışları davam etdiyi üçün torpaq sürüşməsi getdikcə böyük ərazini əhatə edir. Qalacıq çayına gələn sel çayın kənarlarının yuyulmasına səbəb olub, nəticədə təhlükəli vəziyyət yaranıb, torpaq sürüşməsi baş verib. Hazırda leysan yağışlarının vurduğu ziyanın aradan qaldırılması istiqamətində tədbirlər görülür. Əraziyə İsmayıllı rayon İcra Hakimiyyətinin fövqəladə hallar komissiyası tərəfindən baxış keçirilib və aidiyyatı orqanlar sürüşmə barədə məlumatlandırılıb.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/256837

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR