Ən çox araşdırılan 100 TARİXİ ŞƏXSİYYƏT - SİYAHI

Ən çox araşdırılan 100 TARİXİ ŞƏXSİYYƏT - SİYAHI
23:12 17 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Vikipediyada olan məlumatlara əsasən onlar haqlarında ən çox kitab yazılan insanlardır. Siyahıda 21 alman, 13 amerikalı, 7 çinli, 5 rus şəxsiyyət var. Türklərdən isə yalnız Mustafa Kamal Atatürk "100-lüy"ə düşüb.

Milli.Az publika.az-a istinadən həmin siyahını təqdim edir:

1. Karl Marks (1818-1883), alman filosof - 3180 əsər
2. İmmanuel Kant (1724-1804), alman filosof, Neo-klassik alman fəlsəfəsinin banisi - 2005 əsər
3. Vladimir İliç Lenin (1870-1924), rus inqilabçı və dövlət adamı. "Oktyabr inqilabı"nın lideri və SSRİ-nin qurucusu - 1970 əsər
4. Avraam Linkoln (1809-1865), ABŞ prezidenti - 1933 əsər
5. Adolf Hitler (1889-1945), alman dictator, Faşist Almaniyasının qurucusu - 1773 əsər
6. Fridrix Hegel (1770-1831), alman filosof - 1654 əsər
7. Siqmund Froyd (1856-1939), avstriyalı psixoloq - 1537 əsər
8. Mahatma Qandi (1869-1948), Hind azadlıq döyüşçüsü və dövlət adamı - 1487 əsər
9. Fridrixh Nitşe (1844-1900), alman filosof - 1468 əsər
10. Martin Luter (1483-1546), alman din adamı və islahatçı - 1390 əsər
11. Tomas Akinas (1225? -1274), italyan filosof və teoloq - 1382 əsər
12. Martin Heydegger (1889-1976), alman filosof - 1300 əsər
13. Platon (e.ə. 427 - e.ə. 347), yunan filosof - 1263 əsər
14. Aristotel (e.ə. 384 - e.ə. 322), yunan filosof - 1227 əsər
15. Mao Zedung (1893-1976), çinli dövlət adamı, Çin inqilabının lideri və Çin Xalq Respublikasının qurucusu - 115 əsər
16. Corc Vaşinqton (1732-1799), ABŞ prezidenti - 1124 əsər
17. İosif Stalin (1879-1953), Sovet Sosialist Respublikaları İttifaqının lideri - 1108 əsər
18. Xristofor Kolumb (1451?-1506) - ispan səyyahı - 1092 əsər
19. Napoleon Bonapart (1769-1821) - fransız sərkərdə və imperator - 1002 əsər
20. Franklin Ruzvelt (1882-1945), ABŞ prezidenti - 988 əsər
21. Avqustin (354-430), teoloq və filosof - 950 əsər
22. Riçard Vaqner (1818-1883), alman bəstəkar - 840 əsər
23. Karl Qustav Yunq (1875-1961), isveçrəli psixoloq - 826 əsər
24. Volfqanq Amadey Mosart (1756-1791), avstriyalı bəstəkar - 759 əsər
25. Yohann Volfqanq Höte (1749-1832), alman ədəbiyyatçı və yazar - 758 əsər
26. Tomas Cefferson (1743-1826), ABŞ prezidenti - 755 əsər
27. Rene Dekart (1596-1650), fransız filosof - 755 əsər
28 Jan-Jak Russo (1712-1778), fransız filosof və yazıçı - 735 əsər
29. Benjamin Franklin (1706-1790), amerikalı elm adamı və siyasətçi - 709 əsər
30. Teodor Ruzvelt (1858-1919), 26-cı ABŞ prezidenti - 708 əsər
31. Lüdviq Uittqenştayn (1889-1951), Avstriya və İngiltərə filosofu - 694 əsər
32. Lüdviq van Bethoven (1770-1827), alman bəstəkar - 689 əsər
33. Lev Tolstoy (1828-1910), rus yazar - 681 əsər
34. Sören Kirkeqaard (1813-1855), danimarkalı filosof və teoloq - 679 əsər
35. Edmund Husserl (1859-1938), alman filosof - 659 əsər
36. Vudro Vilson (1856-1924), 28-ci ABŞ prezidenti - 641 əsər
37. Sokrat (e.ə. 469 - e.ə. 399), yunan filosof - 601 əsər
38. Yohann Sebastyan Bax (1685-1750), alman bəstəkar - 599 əsər
39. Şarl de Qoll (1890-1970), fransız əsgər və dövlət adamı - 594 əsər.
40 Fridrix Engels (1820-1895), alman filosof - 584 əsər
41. Con F. Kennedi (1917-1963), 35-ci ABŞ prezidenti - 572 əsər
42. Benedikt Spinoza (1632-1677), hollandiyalı filosof - 568 əsər
43. Albert Eynşteyn (1879-1955), alman fizik - 553 əsər
44. Maks Veber (1864-1920), alman filosof - 546 əsər
45. Leonardo da Vinçi (1452-1519), italyan alim və rəssam - 536 əsər
46. ​​Uinston Çörçill (1874-1965), ingilis siyasətçi - 533 əsər
47. Pablo Pikasso (1882-1973), ispan rəssam - 513 əsər
48. II. Yohan Pavel (1920-2005), katolik dini lider - 507 əsər
49. İsa (e.ə. 7-2 - M.Ş. 30-33), peyğəmbər - 500 əsər
50. Karl Bart (1886-1968), isveçrəli teoloq - 492 əsər
51. Rabindranat Taqor (1861-1941), hind yazar - 488 əsər
52. Jan Kalvin (1509-1564), fransız din adamı və islahatçı - 483 əsər
53. Jan-Pol Sartre (1905-1980), fransız filosof və yazıçı - 479 əsər
54. Çarlz Darvin (1809-1882), ingilis bioloq və alim - 468 əsər
55. Mikelancelo (1475-1564), italyan rəssam, heykəltəraş və memar - 465 əsər
56. Uilyam Şekspir (1564-1616), ingilis şair, dramaturq - 454 əsər
57. Rembrandt (1606-1669), hollandiyalı rəssam - 452 əsər
58. Aleksandr Puşkin (1799-1837), rus şair və yazar - 443 əsər
59. Qotfrid Leybnis (1646-1716), alman filosof və elm adamı - 442 əsər
60. Frederik Şopen (1810-1849), polyak pianoçu və bəstəkar - 441 əsər
61. Den Syaopin (1904-1997), çinli siyasətçi - 440 əsər
62. David Hume (1711-1776), şotland filosof və iqtisadçı - 436 əsər
63. Pyer Teyyar Şarden (1881-1955), fransız elm adamı - 435 əsər
64. Fyodor Dostoyevski (1821-1881), rus yazar - 431 əsər
65. Dante (1265-1321), italyan yazar - 427 əsər
66. Jan Piaje (1896-1980), İsveçrəli psixoloq - 420 əsər
67. Budda Şakyamuni (e.ə. 563 - e.ə. 483?), Dini lider, Buddizmin qurucusu - 411 əsər
68. Con Dyui (1859-1952), amerikalı filosof - 387 əsər
69. Ronald Reyqan (1911-2004), ABŞ prezidenti - 383 əsər
70. Paskal (1623-1662), fransız alim və filosof - 381 əsər
71. Mustafa Kamal Atatürk (1881-1938), Türkiyə Respublikasının qurucusu, siyasətçi - 379 əsər
72. Nikkolo Makkiavelli (1469-1527), italyan filosof - 372 əsər
73. Jak Lakan (1901-1981), fransız psixoloq - 365 əsər
74. Maksim Qorki (1868-1936), rus yazar - 365 əsər
75. Duayt Eyzenhauer (1890-1969), ABŞ prezidenti - 359 əsər
76. Volter (1694-1778), fransız yazar və filosof - 359 əsər
77. Mişel Fuko (1926-1984), fransız filosof - 350 əsər
78. Antonio Qramski (1891-1937), italyan filosof və siyasətçi - 344 əsər
79. Con Loke (1632-1704), ingilis filosof - 343 əsər
80. Henri Berqson (1859-1941), fransız filosof - 341 əsər
81. Konfutsi (e.ə. 551 - e.ə. 479), çinli filosof - 335 əsər
82. Qalileo Qaliley (1564-1642), italyan elm adamı - 332 əsər
83. Tomas Hobbes (1588-1679), ingilis filosof - 330 əsər
84. Fransisko Qoya (1746-1828), ispan rəssam - 328 əsər
85. Sri Aurobindo (1872-1950), hind filosof - 320 əsər
86. Corc Buş (d. 1946), ABŞ prezidenti - 312 əsər
87. Yürgen Habermas (d. 1929), alman filosof - 308 əsər
88. Viktor Hüqo (1802-1885), fransız yazar - 307 əsər
89. Mixail Qorbaçov (d. 1931), SSRİ dövlət başçısı - 306 əsər
90. Makedoniyalı İskəndər (e.ə. 356 - e.ə. 323), makedon imperator - 303 əsər
91. Yohann Qottlib Fixte (1762-1814), alman filosof - 295 əsər
92. Uolt Vaytman (1819-1892), amerikalı şair - 294 əsər
93. Çe Qevara (1928-1967), argentinalı inqilabçı - 294 əsər
94. Jak Derrida (1930-2004), fransız filosof - 291 əsər
95. Artur Şopenhauer (1788-1860), alman filosof - 289 əsər
96. Desiderius Erasmus (1469-1536), hollandiyalı filosof - 287 əsər
97. Fridrix Şiller (1759-1805), alman yazar - 277 əsər
98. Benedetto Kroke (1866-1952), italyan filosof - 275 əsər
99. Onore de Balzak (1799-1850), fransız yazar - 271 əsər
100. Fridrix Şellinq (1775-1854), alman filosof - 270 əsər.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/480432.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR