Gəncədə piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib

Gəncədə piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib
23:17 17 Oktyabr 2016
57 Ölkə
Ölkə mətbuatı
A- A+

Gəncə. 17 oktyabr. REPORT.AZ/ Gəncədə piyadanın xəsarət alması ilə nəticələnmiş yol qəzası baş verib.
"Report"un Qərb bürosunun məlumatına görə, hadisə axşam saat 22 radələrində şəhərin Heydər Əliyev prospektində baş verib.
Gəncə şəhər sakini, 1986-cı il təvəllüdlü Qəzənfər Əbülfəz oğlu Nurani yolu keçmək istəyərkən "VAZ-2107" markalı avtomobil onu vurub. Müxtəlif bədən xəsarətləri almış piyada Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. 
Həkimlər tərəfindən dərhal əməliyyat edilən yaralının vəziyyəti orta-ağır olaraq qalır.
Hadisə ilə bağlı Gəncə Şəhər Baş Polis İdarəsində araşdırmaya başlanıb.

Xəbərin orijinal ünvanı: http://report.az/hadise/gencede-piyadanin-xesaret-almasi-ile-neticelenen-yol-qezasi-bas-verib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR