"Tez elə yat, yoxsa xortdan gələcək"

"Tez elə yat, yoxsa xortdan gələcək"
23:32 17 Oktyabr 2016
73 Ölkə
Ölkə mətbuatı
A- A+

Təhdidlə böyüdülən uşaqlar gələcəkdə hansı psixoloji problemlər yaşayır? 

"Əgər yeməyini yeməsən, evdən çıxıb gedəcəm, sənin anan olmayacam", "tez elə yat, yoxsa xortdan gələcək", "axşam atan gəlsin, görərsən, elədiyini ona deyəcəm", "divarları bir də yazsan, polis çağıracam səni aparsın", "əgər ananın sözünə baxmasan, Allah səni cəhənnəmdə yandıracaq", "elə etmə ki, səni uşaq evinə qoyum", "ölməyimi istəyirsən?"...

Etiraf edək ki, valideyn olaraq hər birimiz "çilədən çıxdığımız" an bu ifadələrdən ən azı biri ilə övladımızı təhdid etmişik.

Hamımız  uşaqlarımızı ən yaxşı şəkildə tərbiyə etmək, böyütmək istəyirik. Ancaq bunu edərkən fərqli tərbiyə üsulundan istifadə edirik. Bəzilərimiz uşaqların tərbiyəsində yumşaq və səmimi tərbiyə üsulunu seçiriksə, əksəriyyətimiz onları təhdidedici, sərt qanunlarla böyütməyə  üstünlük veririk. Təhdidmi, sevgimi? Uşağı hansı üsulla tərbiyə etmək daha yaxşıdır? Təhdidin uşağın psixologiyasına təsiri necədir? Təhdidlə, qorxular altında böyüyən uşağın sonu necə olur?  Suallarımıza cavab tapmaq üçün mütəxəssislərə müraciət etdik...

Tərk edilmə qorxusu ilə yaşayan uşaqlar

Psixoloq Könül Mikayılzadə bizimlə söhbətində bildirdi ki, valideynlərin uşaq tərbiyəsində etdiyi ən önəmli xətalardan biri uşağı təhdid etməkdir: "Basqı, yaxud təhdid yoluyla uşağın davranışını dəyişdirməyə çalışmaq edilə biləcək ən böyük xətadır. Əgər valideyn -  ata, ya da ana uşağını qorxudaraq nəyisə etməyə vadar edirsə, həmin uşaqda qorxu yaranır. Belə uşaq adətən qorxduğu üçün bir şeyi həyata keçirir. Məsələn, məktəbdə dərslərini qorxduqları üçün yaxşı oxuyurlar. Məcburiyyətdən qorxu yaranır. Ya da uşağı nədənsə məhrum saxlayırlar. Bu, tam yanlış metodikadır. Uşaqların tərbiyə sistemində problemlərin yaranmasına gətirib çıxarır. Məsələn, gələcəkdə uşaqlarda tez-tez əl yumalar, yaxud kütlə içində olmaqdan bir az yayınmalar, ünsiyyətdən çəkinmək, qorxu hissi yaranır. Əslində qorxunun yaratdığı problemlər özünü gələcəkdə göstərir. Yəni uşaq vaxtı əgər bir valideyn uşağı qorxudarsa, bu,  yeniyetməlik dövründə bir çox psixoloji pozuntularla özünü büruzə verir. Məsələn, iyrənmələrlə, qeyri-adi düşüncələrə, yaxud qohumlarının, yaxın adamlarının ölüm xəbərini eşitdikdə tədirgin olmalarına gətirib çıxarır. Belə uşaqlar böyüyəndə də içlərində qorxu hissi olur. Məsələn, 30-40 yaşları olsa belə, qapını bir neçə dəfə yoxlayırlar ki, birdən evə oğru girər və s. Əgər psixoanalitiklərlə söhbət etsələr, belə insanların uşaqlığının kökündə mütləq qorxu müşahidə ediləcək. Uşaq vaxtı "səni uşaq evinə qoyub gedəcəyəm", "sənin anan olmayacağam"la böyüyən uşaqlar ömrü boyu tərk edilmə qorxusu ilə yaşayacaq. Belələri ailə qurarkən həyat yoldaşının nə vaxtsa onu tərk edəcəyindən qorxduğundan ona bağlılıq yaranır. Yaxud hər zaman uşağını itirmək qorxusu ilə yaşayır. Hər şeyin bir kökü var. Əslində böyük insanların yaşadığı psixoloji problemlərin əksəriyyətinin kökündə uşaqlıqda yaşadıqları, velideynlərinin sərgilədiyi düzgün olmayan tərbiyə sistemi durur. Hər şeylə qorxudulan uşaqlar bir müddət sonra tək qala bilməyən, bir yerə tək getməyə qorxan, özlərini ifadə edə bilməyən, özünə güvəni olmayan insana çevrilirlər. Təhdidlər gələcəkdəki hadisələrlə əlaqəlidir. Uşaqsa olduğu anı yaşayır. Bu səbəbdən uşağın gələcəkdə edə biləcəkləri ilə bağlı təhdidlər onun davranışlarını düzəldə bilməz".
 
Sevgi ilə böyüdülən uşaqlar cəmiyyətə daha yararlı olur
Müsahibimizin sözlərinə görə, uşaq qorxudularaq, təhdid edilərək yola gəlməz: "Övladlarımızı sevgi ilə, anlayışla, mülayim davranışla tərbiyə etməliyik. Bir var, uşağa deyirik, "yalan danışma, yalan danışsan, belə olacaq, filan şeyi edəcəm". Bir də var, yalan sözünü dilə gətirmirsən, deyirsən ki, "doğrunu danışmaq lazımdır". Sevgiylə böyüdülən uşaqların  psixologiyaları qorxu altında böyüdülən uşaqların psixologiyasından fərqli olur və cəmiyyətə daha yararlı uşaqlar kimi yetişirlər. Valideynlər xüsusilə 6 yaşa qədər təhdid metodikasından uzaq durmalıdırlar.
 
Cəza və şantaj fərqli anlayışdır

Psixoloq Narınc Rüstəmova təəssüflə bildirdi ki, valideynlərin bir çoxu uşaqları ilə münasibətlərini şantajla, yaxud şərt kəsərək tənzimləyirlər: "Ancaq bilmirik ki, kölə üsyan edəndə birinci öz ağasına qarşı edir. Xüsusən uşağı qorxudaraq, təhdid edərək böyüdürüksə, inanın, o, üsyanı 12 yaşdan sonra birinci bizə edəcək. Məhz uşaqlıqda etdiyimiz tərbiyənin nəticəsidir ki, bu gün yetkinlik yaşına çatmış uşaqlarda psixoloji pozuntular baş alıb gedir".

Müsahibimiz islam dinindəki cənnət və cəhənnəm, mükafat və cəza anlayışı ilə uşaq tərbiyəsindəki tərbiyə metodu arasında maraqlı müqayisə apardı: "Kim əvvəlcədən cəhənnəmə, yaxud cənnətə gedəcəyini bilir? Hara gedəcəyimizi yalnız dünyamızı dəyişəndən sonra biləcəyik. Burada əslində gözəl bir mexanizm var. Öncədən cəhənnəmə gedəcəyimizi bilsək, olduğumuzdan da pis adam olarıq. Yaxud "cənnətə gedəcəyəm" deyib, arxayınlaşarıq. Bunu uşağın tərbiyəsinə köçürək. Əgər cəzanı öncədən desək, onu şantaj etmiş oluruq. Məsələn, valideyn deyir ki, "əgər oxumasan, səni gəzməyə aparmayacağam". Bu, cəza deyil, şantajdır. Öncədən deyilən söz şantaj sayılır. Amma bir də var, uşaq dərsini oxumaq istəmir, müqavimət göstərir. Nə edirik? Dərs oxumaq saatı bitdikdən sonra deyirik ki, "bax, mən səni çağırdım, istədim bir yerdə oxuyaq, sən oxumadın, müqavimət göstərdin. Gah qarnının ağrıdığını, gah su istədiyini dedin. Dərsini oxumadığına görə biz bu gün gəzintiyə getməyəcəyik". Yəni cəzanı sonda veririk, proses olandan sonra verilən cəza, cəza sayılır. Ancaq öncədən deyəndə bu, şantajdır. Biz bir şeyi düzəldərkən, başqa  bir şeyi korlamamalıyıq". N.Rüstəmovanın sözlərinə görə, cəza üsülunu da düzgün seçməliyik: "Yatmağı, yaxud həkimə aparmağı cəza üsulu kimi göstərməməliyik. Araşdırsaq, görərik ki, böyüyəndə qorxuları olan uşaqların əksəriyyətini valideyni  uşaq vaxtı qorxudub. İndi də problem yarandığından həyəcan yaşayırlar ki, "həkimdən qorxur". Niyə? Çünki valideyn bu vaxta qədər "həkim gəlib iynə vurar" kimi sözlərlə uşağını təhdid edib. Yaxud "xoxan gəlib səni aparar, yeyər", "səni uşaq evinə ataram", "ana ölər, qalarsan anasız" kimi sözlərlə uşaqda itirmə qorxusu yaradıblar. Bunlar cəza deyil, belə tərbiyə üsulu olmaz. Körpəlikdən uşağı bu cür tərbiyə edəndə 12 yaşdan sonra bunların hamısını özümüzə qaytaracaq, zaman keçdikcə, o, bizi şantaj etməyə başlayacaq: "Mən dərsimi oxuyuram, sən mənə planşet almalısan", "mən bunu edirəm, sən məni filan yerə aparmalısan, yaxud pul verməlisən" kimi qarşımıza davamlı şərtlər qoyacaq. İstədiyini keçirə bilməyəndə isə qarnının, başının ağrıdığını, xəstələndiyini deyəcək. Buna görə də uşağı qorxu, təhdidlə böyütməməyə çalışmalıyıq. Cəza və şantaj arasında dağlar qədər fərq var. Cəhənnəm-cənnət məsələsi kimi, uşaq da bilməməlidir ki, yanlış davranış olanda valideyni onu cəzalandıracaq. Uşaq bunu biləndə yalanlar artır, özünü sığortalayır, ananın yanında eləmir, nənənin yanında eləyir, atanın yanında olanda edir, amma ana ilə olanda etmir. Buna görə də şərait yaratmalıyıq ki, uşaq özü düşünsün, analiz etsin. Uşaq hər bir situasiyaya düşə bilər. Narkoman da ola bilər, ətrafında pis adamlar da ola bilər və bu adamlar onu yanlış yerlərə yönəldə bilər. Buna görə çalışmalıyıq ki, uşağımız balacalıqdan düzgün seçim etməyi bacarsın, doğru hərəkətin nə olduğunu bilsin və etsin".

Bir uşağın ziyanı

Mütəxəssis bu gün ailələrdə bir, ən yaxşı halda iki uşağın olmasının pis nəticələrə gətirib çıxardığını deyir: "Uşaqların sayının az olması bu gün evimizi yıxıb. Əgər valideynlərin bir uşağı varsa, bütün arzularını bir uşağın üzərində cəmləyir və buna görə daim onu himayə edir. Uşağı həyətə çıxmağa qoymur ki, səni oğurlayarlar, qaraçılar aparar. Uşaq üçün davamlı bir qorxu mənbəyi yaratdığımızdan uşaqda dünya qorxusu yaranır. Sonra da psixoloqa aparmağa, müalicə etdirməyə başlayırıq. Amma profilaktik tədbiri vaxtında görsək, psixoloqa ehtiyacımız olmaz".

Kaspi.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Çoxsaylı oğurluqlar etmiş 3 nəfər tutuldu

22 Sentyabr 2017 12:09

Məmmədyarov sabah Nalbandyanla görüşəcək - Prezidentlərin görüşünə hazırlıq

22 Sentyabr 2017 12:08

Gədəbəydə oğul ata və anasını öldürərək qaçıb

22 Sentyabr 2017 12:07

Albaniya millisinin sabiq baş məşqçisi "Alaves"ə rəhbərlik edəcək

22 Sentyabr 2017 12:07

Ukraynada azərbaycanlı avtoritetlər belə tutuldular – FOTO/VİDEO

22 Sentyabr 2017 12:03

ABŞ Türkiyədən üzr istəyib?

22 Sentyabr 2017 12:03

Arif Alışanova qarşı dələduzluq və öldürməyə cəhddə təqsirləndirilən şəxsin vəsatəti təmin edilməyib

22 Sentyabr 2017 12:02

AZTV sədri Arif Alışanovu dəfələrlə necə öldürmək istəyiblər? - ŞOK SUİ-QƏSD PLANLARI YAYILDI

22 Sentyabr 2017 11:59

Komitə sədri Bağdadda sığınacaqda saxlanılan uşaqlardan danışdı

22 Sentyabr 2017 11:58

Bahar Muradova: "Azərbaycanda gender bərabərliyi ilə bağlı layihələr həyata keçirilir"

22 Sentyabr 2017 11:57

Daha bir erməni təxribatının qarşısı alındı

22 Sentyabr 2017 11:57

Məmmədyarov-Nalbandyan görüşü sentyabrın 23-də keçiriləcək

22 Sentyabr 2017 11:54

Nazilədən “ailədə HEGOMON mənəm” söhbətinə MÜNASİBƏT: “Riyakarlıq etmədim”

22 Sentyabr 2017 11:53

Kamran Əliyev: "Korrupsiya qarşı mübarizə təkcə dövlət sektorunu deyil, özəl sektoru da əhatə edir"

22 Sentyabr 2017 11:47

İlham Əliyev Sənaye Parkının açılışında iştirak edib

22 Sentyabr 2017 11:46

Appaturay Bakıya gələcək

22 Sentyabr 2017 11:44

O, təyyarədə motal pendiri yedi

22 Sentyabr 2017 11:43

Komitə sədri İraqda qalan uşaqların ölkəyə gətirilməsi ilə bağlı məsələyə münasibət bildirib

22 Sentyabr 2017 11:42

Elmar Məmmədyarov Nyu Yorkda bir sıra ölkələrin XİN başçıları ilə görüşüb

22 Sentyabr 2017 11:42

Aşıq Samirədən fərqli ifa

22 Sentyabr 2017 11:40

Zakir Həsənov səhra komanda məntəqəsi parkının açılışında - FOTO

22 Sentyabr 2017 11:38

Arvadı ilə birgə başına min oyun açılan DİKTATOR: indi hamı onu İSTƏYİR - VİDEO

22 Sentyabr 2017 11:38

Mübariz Qurbanlı: "Aşura tədbirləri Qafqaz Müsəlmanları İdarəsinin fətvasına uyğun keçiriləcək"

22 Sentyabr 2017 11:37

"Elektron hökumət" portalına daha 3 elektron xidmət əlavə olundu

22 Sentyabr 2017 11:35

Ən etibarlı brauzerlər müəyyənləşib

22 Sentyabr 2017 11:35

Keçmiş MTN generallarının məhkəməsi davam etdirilir

22 Sentyabr 2017 11:32

Azərbaycan və Qazaxıstanın gənclər təşkilatları memorandum imzalayıblar

22 Sentyabr 2017 11:32

Ukraynada Azərbaycan əsilli kriminal avtoritetlər saxlanılıb

22 Sentyabr 2017 11:32

Məşhur aktyor Azər Axşam Metbuat.az-ın qonağıdır

22 Sentyabr 2017 11:31

Milli Məclisdə erməni deputatların iştirakı ilə

22 Sentyabr 2017 11:30

Azərbaycanın Auditorlar Palatası Rusiyanın Auditorlar İttifaqı və Estoniyanın Auditorlar Assosiasiyası ilə əməkdaşlıq edəcək

22 Sentyabr 2017 11:27

Müdafiə naziri hərbi təyinatlı obyektlərin açılışında iştirak edib

22 Sentyabr 2017 11:27

AFFA-nın cibdə atılan püşkü

22 Sentyabr 2017 11:27

Azərbaycanlıların bazasına polis basqın: onlarla şəxs saxlanıldı

22 Sentyabr 2017 11:24

Bakı: Evdən qaçan 22 yaşlı gəlin tapıldı

22 Sentyabr 2017 11:22

Qapını sındırıb evə girdilər, kirayənişini döyüb pul apardılar

22 Sentyabr 2017 11:19

Kim Çen In Trampı HƏDƏLƏDİ: “Tarixin ən sərt...”

22 Sentyabr 2017 11:18

Xələf Xələfov: “Avropa İttifaqı münaqişə ilə bağlı qətiyyətli mövqe ortaya qoymalıdır”

22 Sentyabr 2017 11:17

ADIF-in keçmiş rəhbəri “Finance Leasing”dəki payını satıb

22 Sentyabr 2017 11:17

“Rusiyadan raket sistemi alsaq da...”

22 Sentyabr 2017 11:17

Səməd Səmədov: "O it balalarını bağışlamışam" - VİDEO

22 Sentyabr 2017 11:14

"Ala, dibilsən? Çıxaruğ şəhərə, bir az mırt tutaruğ"

22 Sentyabr 2017 11:14

Erməni deputatlar Milli Məclisdə

22 Sentyabr 2017 11:09

NATO Baş Katibinin Xüsusi Nümayəndəsi Azərbaycana gələcək

22 Sentyabr 2017 11:07

ABŞ səfiri: “Qlobal enerji təhlükəsizliyi baxımından ABŞ Azərbaycanın əhəmiyyətini yüksək qiymətləndirir”

22 Sentyabr 2017 11:07

"Roma"nın ulduzu "Qarabağ"la oyuna gəlməyəcək

22 Sentyabr 2017 11:07

“GUAM-ABŞ Birgə Bəyannaməsi” qəbul edildi: "Ərazi bütövlüyünə sadiqlik"

22 Sentyabr 2017 11:04

Bakıda yataqxana yandı

22 Sentyabr 2017 11:03

BANM tələbələri beynəlxalq forumda iştirak ediblər

22 Sentyabr 2017 11:02

FOTO: Bakıda oğlan elə bir köynək geyindi ki...

22 Sentyabr 2017 11:00