Ceyson Stethemin “əkizi” “Ceysın Steyşn” - fotolar

Ceyson Stethemin “əkizi” “Ceysın Steyşn” - fotolar
00:06 18 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Türkiyənin Antalya şəhərində məşhur aktyor Ceyson Stethemin oxşarı diqqət mərkəzinə düşüb.

Axşam.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, İsmayıl Yıldırım adlı maşın ustası sosial mediada “Yerli Ceyson” kimi məşhurlaşıb.

“Station” markalı avtomobili olan İsmayılın dostları onu “Ceysın Steyşn” deyə çağırırlar.

37 yaşlı avtomobil ustasının ən böyük xəyalı aktyor olmaqdır:

“Onunla görüşə bilsəm dublyorluğunu etmək istədiyimi söyləyəcəm. İki qardaşın rol aldığı filmlər də olur. Stethemlə belə bir filmdə də oynamaq istəyərəm”.

Bölgəyə gələn turistlər küçədə onu görəndə həqiqi Stethem olduğunu zənn edərək şəkil çəkdirmək istəyirlər.















RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR