Pakistanda məsciddə partlayış

Pakistanda məsciddə partlayış
00:29 18 Oktyabr 2016
46 Digər
Ölkə mətbuatı
A- A+

Pakistanda baş verən partlayış nəticəsində 3 nəfər ölüb, onlarla insan yaralanıb

 

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə Kəraçi şəhərində, məscidin qarşısında baş verib.

 

İlkin məlumata əsasən, naməlum şəxs məsciddən çıxan zəvvarlara tərəf qumbara atıb. Ölənlərdən 1-in qadın, 2-nin isə uşaq olduğu bildirilir.

 

Hazırda heç bir terror təşkilatı hücuma görə məsuliyyəti öz üzərinə götürməyib.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/256840

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR