Pakistanda məsciddə partlayış baş verib, ölənlər və yaralananlar var

Pakistanda məsciddə partlayış baş verib, ölənlər və yaralananlar var
00:32 18 Oktyabr 2016
20 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 18 oktyabr. REPORT.AZ/ Pakistanın Kəraçi şəhərindəki şiə məscidlərindən birində partlayış baş verib.
"Report"un məlumatına görə, bu barədə The Nation nəşri xəbər yayıb.
Məlumatda bildirilir ki, naməlum şəxs dini ayin zamanı məscidə əl qumbarası atıb. Nəticədə 2 qadın və 1 uşaq dünyasını dəyişib. 
Hadisə zamanı habelə 10-dan çox adam yaralanıb.  

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR