Hələbdə 8 saatlıq atəşkəs

Hələbdə 8 saatlıq atəşkəs
02:14 18 Oktyabr 2016
33 Digər
Ölkə mətbuatı
A- A+

Rusiya birtərəfli qaydada Suriyanın Hələb şəhərində 8 saatlıq atəşkəs elan edib.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vitaliy Çurkin bəyan edib.

 

“Biz birtərəfli qaydada 8 saatlıq atəşkəs elan edirik. Bu müddət ərzində Rusiya və Suriya  aviasiyası Hələbdə əməliyyatları dayandırır. Düşünürəm ki, daha uzunmüddətli, misal üçün 48 və yaxud 72 saatlıq atəşkəs müəyyən qarşılıqlı razılaşmalar tələb edir”, deyə V.Çurkin bildirib.

 

Qeyd edək ki, bundan əvvəl BMT dinc əhaliyə humanitar yardımın çatdırılması üçün 8 saatlıq fasilənin kifayət etməyəcəyini bildirib.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/256843

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR