Məşhur iş adamı qaçırıldı

Məşhur iş adamı qaçırıldı
03:54 18 Oktyabr 2016
100 Digər
Ölkə mətbuatı
A- A+

Məşhur azərbaycanlı iş adamı Mustafa Tayat İstanbulda keçmiş işçisi tərəfindən aldadılaraq qaçırılıb.

 

Lent.az-ın “musavat.com”-a istinadən məlumatına görə, iş adamını oğrlayanlar 10 min dollar pulunu götürüb, "fidyə" aldıqdan sonra onu bir xəstəxananın qarşısına atıblar. Hadisə İstanbulun Sarıyer rayonunda baş verib. İddialara görə, M. Tayata zəng edən Lətifə adlı keçmiş işçisi onunla görüşmək istədiyini bildirib. Qadının verdiyi ünvana gedən M.Tayat naməlum 2 maskalı şəxs tərəfindən oğurlanıb.

 

İş adamına işgəncə verən şəxslər bunu şantaj məqsədi ilə videoya da çəkiblər. Maskalılar onun üzərindəki 10 min dolları götürüblər. İş adamını azad etmək üçün isə böyük məbləğdə pul tələb edildiyi bildirilib. Daha sonra bir xəstəxananın qarşısına atılan yaralı iş adamı xəstəxana işçiləri tərəfindən tapılıb və müalicəyə alınıb.

 

Xəstəxanadan polisə məlumat verilib. Sağlıq mərkəzinin qarşısındakı təhlükəsizlik kameralarını izləyən polislər 2 şübhəlini həbs edib.

 

Qeyd edək ki, Mustafa Tayatin Azərbaycanda şirkəti var. O, bir sıra geyim mağazaları zəncirinin sahibidir. Türkiyə saytları məşhur iş adamının milliyyətcə azərbaycanlı olduğunu qeyd edib.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/256846

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR