Şokoladlı gavalı mürəbbəsi - FOTO

Şokoladlı gavalı mürəbbəsi  - FOTO
07:05 18 Oktyabr 2016
60 Ölkə
Ölkə mətbuatı
A- A+

Milli.Az şokoladlı gavalı mürəbbəsinin hazırlanma qaydasını təqdim edir

Nudli - FOTO

Tərkibi: 

500 q gavalı
250 q şəkər tozu
100 q qoz
30 q kakao
30 q kərə yağı

Gavalıları yuuyub ortadan bölün, dənəsini çıxarıb ət maşınından keçirin. 

Qozu xırdalayın. 

Şəkər tozu ilə kakaonu qarışdırın. 

Gavalı püresinə kakao və şəkər tozu qarışığını əlavə edib bişirin. Daim qarışdırın. Lap sonda qozu və yağı əlavə edib bir qədər də bişirin. Hətta şokolad parçaları da qata bilərsiniz. 
Bankaya yığıb soyuq yerdə saxlayın. 

Nuş olsun! 

Digər maraqlı reseptlər üçün Facebook səhifəmizə üzv olun.

Milli.Az 







Xəbərin orijinal ünvanı: http://news.milli.az/kilinariya/479774.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR