Bakıda 56 yaşlı kişini vurub qaçdılar

Bakıda 56 yaşlı kişini vurub qaçdılar
07:37 18 Oktyabr 2016
50 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Qaradağ rayonu ərazisində qeydə alınıb.
 
Mayak qəsəbəsi ərazisində 1960-cı il təvəllüdlü Niyaz Əhməd oğlu Ələkbərovu maşın vurub. Hadisəni törədən sürücü hadisə yerini tərk edib.
 
Yaralını yoldan keçən avtomobillərdən birinin sürücüsü 1 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırıb.
 
Hadisə barədə Qaradağ Rayon Polis İdarəsinə məlumat verilib. Piyadanı vuran avtomobilin saxlanılması istiqamətində tədbirlər görülür.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/480539.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR