Çikaqoda atışma baş verib, ölən və yaralananlar var

Çikaqoda atışma baş verib, ölən və yaralananlar var
08:07 18 Oktyabr 2016
30 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 18 oktyabr. REPORT.AZ/ ABŞ-ın İllinoys ştatının Çikaqo şəhərində atışma baş verib.
"Report"un məlumatına görə, bu barədə "TASS" agentliyi yanğın mühafizə xidmətinin rəsmi nümayəndəsinə istinadən xəbər yayıb.
Məlumata görə, naməlum şəhərin cənub hissəsində insanlara atəş açıb. Nəticədə 1 nəfər ölüb, 4 nəfər yaralanıb.
Hadisə yerinə 5 təcili yardım maşını göndərilib. 
Yaralılar xəstəxanalara yerləşdirilib.
Silahlı insidentin təfərrüatı barədə məlumat verilmir. Polis araşdırmalara başlayıb.

Xəbərin orijinal ünvanı: http://report.az/diger-olkeler/cikaqoda-atisma-bas-verib-olen-ve-yaralananlar-var

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR