İraqda İŞİD-idən 200 kvadrat kilometrlik ərazi azad edilib

İraqda İŞİD-idən 200 kvadrat kilometrlik ərazi azad edilib
08:12 18 Oktyabr 2016
39 Dünya
Ölkə mətbuatı
A- A+

Şimali İraqdakı kürd silahlı birləşmələri Mosulun "İraq Şam İslam Dövləti" terror təşkilatından azad edilməsi əməliyyatı çərçivəsində terrorçuların mövqelərinin 10 kilometr dərinliyinə qədər irəliləyiblər. Beləliklə, 200 kv. kilometrə yaxın ərazi nəzarətə götürülüb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, İraqın şimalındakı kürd muxtariyyətinin rəhbəri Məsud Bərzani bildirib ki, kürd silahlıları Naynava əyalətinin Hamdaniyə şəhərinə doğru irəliləyir. Tezliklə Mosul və Güvəri birləşdirən yolun nəzarətə götürülməsi planlaşdırılır.
 
İŞİD üzvləri İraqı tərk etməyə və Suriya ərazisinə keçməyə başlayıblar. Son məlumatlara görə, onlar Rakka şəhərinə toplaşırlar.
 
Mosulu itirmək qorxusu yaşayan terrorçular şəhərdə özlərinə aid sənədləri yandırıblar. Onlar sənədlərin şəhəri azad etməyə hazırlaşan İraq ordusunun əlinə keçməsindən ehtiyatlanırlar.
 
BMT xəbərdarlıq edib ki, yaxın 5-6 gün ərzində mülki əhali kütləvi şəkildə yerini dəyişə bilər.
 
YUNİSEF isə hesab edir ki, Mosulun azad edilməsi əməliyyatı zamanı 500 mindən artıq uşaq və böyük təhlükə ilə üzləşəcək. Təşkilatın əməliyyatın başlanmasından sonra yaydığı məlumatda belə deyilir.
 
Xatırladaq ki, bazar ertəsi İraqın ikinci iri şəhəri Mosulun İŞİD terrorçularından azad edilməsi üçün əməliyyat başlayıb. Əməliyyatda İraq ordusunun 30 min hərbçisi, eləcə də, kürd özünümüdafiə dəstələri iştirak edir. Onların qarşısında bir neçə min terrorçunun olduğu bildirilir. Pentaqonun məlumatına görə, Mosulda İŞİD terror qruplaşmasının 3-5 min silahlısı var.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/480538.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR